NƏQLİYYAT

Bakıda daha bir yol yenidən qurulur
13 APREL
517

Bakıda daha bir yol yenidən qurulur

2016-04-13 14:25:00

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"ına əsasən Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.

"Azəravtoyol" ACS-dən Fins.az-a bildiriblər ki, sözügedən avtomobil yolu sovetlər dönəmində o vaxtkı hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilib. Lakin hazırki hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən sözügedən avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların normal, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yenidən qurulmasına başlanılıb.

İlkin mərhələdə 24,5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 6,8 km hissəsinin, ikinci mərhələdə isə yerdə qalan 17,7 km hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 km yolun 1,1 km-i Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib.

Burada ayırıcı zolağın eni 4 m., hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 m olmaqla yolun ümumi eni 35 m-dir. Yol boyu hər iki istiqamət üzrə 2 m enində səkilər və 400 m uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.

İlkin mərhələdə nəzərdə tutulan 6,8 km-lik yolun yerdə qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla 4 hərəkət zolaqlı olması planlaşdırılıb. Layihəyə uyğun olaraq Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunda hərəkət hissəsinin eni 15 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni 3,75 m olmaqla torpaq yatağinin eni 27,5 m olması nəzərdə tutulub.

Bundan başqa, əsaslı yenidənqurma işləri çərçivəsində yol boyu müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün bir istiqamət üzrə 3 m enində piyada səkiləri tikiləcək, xüsusi "cib"li avtobus dayanacaqları və yerüstü piyada keçidləri inşa ediləcək. Ümumilikdə layihə boyu 21 ədəd (yolun 6,8 km-lik hissəsində 6 ədəd ) avtobus dayanacağı və 8 ədəd (yolun 6,8 km-lik hissəsində 3 ədəd) yerüstü piyada keçidinin inşası aparılacaq.

Hazırda yolun birinci mərhələsi üzrə nəzərdə tutulmuş hissəsində mühəndis-kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri və suötürücü keçidlərin inşası işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275