MÜSAHİBƏ

"Aqrar sığorta məhsullarının icbari olması məsələsi bir qədər tez müzakirə olunur"
07 MAY
218

"Aqrar sığorta məhsullarının icbari olması məsələsi bir qədər tez müzakirə olunur"

2019-05-07 12:24:00

Sığorta eksperti İlkin İbrahimovun Fins.az-a verdiyi müsahibəni təqdim edir. 

Azərbaycanda kənd təsərrüfatının sığortalanması niyə geniş yayılmayıb?

Ölkəmizdə kənd təsərrüfatı sığortası dünya ölkələrində olduğu kimi ən zərərli sığorta məhsullarındandır. Ona görə də sığorta şirkətlərinin bu növ sığortaya marağı azdır.

Əvvəllər dövlət bir neçə dəfə bu sığorta ilə bağlı sığorta şirkətlərinə müəyyən yardımlar edib lakin bunun kütləviliyinə nail olmaq olmayıb.

Kənd Təsərrufatında fermer nə sığortalaya bilər?

Ölkəmizdə kənd təsərrüfatı sığortası üzrə fermerlər əkdikləri bitkilərini və ev heyvanlarını qanunla nəzərdə tutulmuş formada sığortalaya bilərlər.

Məhsulun satılmaması sığorta şirkəti tərəfindən fermerə ödəniş oluna bilərmi?

Məhsul satışının olmaması ilə bağlı hazırda müzakirə olunan qanun layihəsində nəzərdə tutulmamışdır. Lakin Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı özündə bir qurum yaradıb.

Kənd Təsərrufatında icbarı sığorta hansılardır?

Ümumiyyətlə Kənd təsərrüfatı sığortası qeyd olunan qanun layihəsində icbari olması nəzərdə tutulmayıb. Lakin sığorta haqqının 50% in dövlət tərəfindən qarşılanması nəzərdə tutulur.

Hansı sığorta növü icbari etmək olar?

Aqrar sığorta məhsullarının icbari olması məsələsi bir qədər tez müzakirə olunur. Hesab edirəm ki, qanun layihəsi qüvvəyə mindikdən sonra bu məsələ barədə danışa bilərik.

Hava şəraiti ilə əlaqədar fermerə dəymiş ziyanı sığorta şirkəti ödəniş edə bilərmi?

Qanun layihəsində ancaq dolu, sel, firtına hallar nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264