MÜSAHİBƏ

Müasir qadınlar üçün milli brend- Butalı
08 YANVAR
747

Müasir qadınlar üçün milli brend- Butalı

2019-01-08 15:26:00

Fins.az Azərbaycanda sahibkarlarlığın inkşafına öz tövhəsini verən milli zərgərlik brendi “Butalı” brendinin fəaliyyət prinsipləri ilə tanış olmaq üçün “Butalı”–nın baş direktoru Əminə Məlikova ilə müsahibəni təqdim edir

“Butalı” nə vaxt fəaliyyətə  başlayıb və fəaliyyətində əsas prioritetlər hansılardır?

“Butalı”Azərbaycan zərgərlik sənətinin ən-ənələrini ən yüksək səviyyədə qoruyan,təbliğ edən və yaşadan milli brenddir.Butalı 2016-cı ildə yadılıb. “Butalı” milli brendi öz fəaliyyəti ilə  qədim ənənələrin qoruyucusu və davamçısısı kimi Azərbaycanın böyük zərgərlik irsini davam etdirməyə çalışır.”Butalı” brendi sadəcə zərgərlik sənətini inkşaf etdirmir, eyni zamanda onu müasir qadınlar üçün əlçatan edir. “Butalı” ilə hər bir qadın milli ənənələrə toxunaraq, həqiqətən doğma Azərbaycan torpağının gücünü və bəzək əşyalarının möcüzəli simvolikasını hiss edə bilər.

Milli zərgərlik brendi olmaq Butalıya bazarda hansı üstünlükləri verir?

Ən əsas üstünlük “Butalı” brendinin istehsal etdiyi zərgərlik məhsullarının milli və nisbətən münasib qiymətə olmağıdır.Elə amillər də var ki, qiymətdən aslıdır. Milli brendlərimiz bir çoxu qızıl və bahalı daşqalarla işləyirlər və təbii ki, onların qiyməti çox yüksəkdir.”Butalı” brendinin məhsullarının istehsalında  925 əyarlı gümüşdən 18K qızıl suyuna çəkilən gümüşdən istifadə olunur.Biz hətta şəbəkələri belə gümüşdən hazırlayırıq.Ona görə də bizdə qiymətlər çox ucuzdur.Hazırda qiymətlər 35-200 manat arasında dəyişir

Butalı  xarici  ölkələrdə satış həyata keçirir?

Xarici ölkələrdə satış həyata keçirilmir hələ ki, amma xaricdə satış üçün mümkün potensial var. Yəni hələ biz iki ildir fəaliyyət göstərdiyimiz üçün məhsullarımızın satışını əsasən ölkəmizdə həyata keçiririk.Ancaq təbii ki, gələcəkdə xaricdə də öz biznes şəbəkəmizi qurmağa çalışacağıq.Hazırda ölkəmizə  xaricdən gələn qonaqlar milli arnamentlərlə işlənmiş zərgərlik məhsullarını yəni “Butalı” brendinin məhsullarına daha çox üstünlük verirlər.

İstehsal zamanı istifadə etdiyiniz formalar yerli dizaynerlər tərəfindən dizayn edilir ya xarici?

Biz sırf Azərbaycan dizaynerləri ilə işləyirik. Əsasən gənc dizaynerlərə üstünlük veririk.Amma bizdə şəbəkə ayrıca istiqamət şəkilində olduğu üçün biz şəbəkə işilərində ən qocaman ən peşəkar zərgərlərlə işləyirik.”Buralı” ustaları böyük əmək sərf edirlər: arxivləri və muzey eksponatlarını öyrənir, zərgərlik işində hər biri öz xüsusi istiqaməti ilə fərqlənən bölgələrə səfər edir, qədim bəzək əşyalarından eskizlər hazırlayırlar. Onlar Azərbaycan zərgərlik sənətinin zəngin irsini öyrənərək, ənənəvi  məmulatların surətini dəqiqliklə çıxarırlar. Lakin “Butalı” ustaları bununla kifayətlənmir, müxtəlif istiqamətdə də çalışırlar. Onlar yeni texnika və eksklüziv dizayndan istifadə edərək, ənənəvi bəzək əşyalarının motivləri üzərində milli zərgərlik məmulatlarının müasir üslubunu yaradırlar

“Butalı”nın butik mağazası var?

Bəli “Butalı”nın butik-mağazası var.Hazırda  iki butik dükanımız fəaliyyət göstəriri.Dükanlardan biri Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində,ikinci mağazamız isə İçəri Şəhərdə Qız Qalasının yanında Nöqtə restoranı ilə üzbə-üz olan ərazidə yerləşir

İstehsal zamanı əsasən hansı texnologiyalardan istifadə olunur?

İstehsal zamanı istifadə etdiyimiz əsas texnologiya  əl işiləridir.Zinyət əşyalarınız nə qədər çox olur-olsun, hər bir xanım bilməlidir ki, ən dəyərli olan xanımın özüdür. Bizim əsas şüarımız odur ki, “Sən özün bir zinyət əşyasısan”.Gümüşlə,mina ilə işləyirik.

Fəaliyyətə başladığınız gündən indiyə kimi ən çox satılan ,rəğbətlə qarşılanan məhsulunuz hansı olub?

Ən çox satılan əlbəttə ki, milli,ənənəvi səbət sırğalarıdır.Xanımlarımız kəlağayı ilə “Butalı”-nın istehsal etdiyi səbət sırğalarını taxmağı çox xoşlayırlar.Ümumiyyətlə indi gənclərimizin milli arnamentlərə daha çox müraciət etməsi tendensiyası var. Əlbəttə ki, üzərində buta təsviri olan yaxud buta formalı olan zərgərlik əşyaları daha çox populyardır.

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263