MÜSAHİBƏ

Camal Məmmədov: "Çətinliklər bizim gələcək fəaliyyətimiz üçün təkan rolunu oynadı" - MÜSAHİBƏ
20 İYUL
1609

Camal Məmmədov: "Çətinliklər bizim gələcək fəaliyyətimiz üçün təkan rolunu oynadı" - MÜSAHİBƏ

2018-07-20 00:53:00

Fins.az Azərbaycanda dondurma istehsalında və satışında böyük nailiyyətlər əldə edən “İceland” brendini təqdim edən “Camal LTD”-nin nümayəndəsi Camal Məmmədov ilə müsahibəni təqdim edir:
- Camal bəy, düşünürəm ki, müsahibəyə keçmişə nəzər salmaqla başlasaq daha yaxşı olar. Şirkətiniz nə zamandan bəri fəaliyyət göstərir?
- “Camal” LTD şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Şirkətimiz əsasən 2 istiqamətdə fəaliyyət göstərir. 1-ci və ən önəmli istiqamət “İceland” ticarət nişanı altında dondurma məhsulunun istehsalı və satışıdır. 2-ci istiqamət aparıcı şirkətlərin dondurma və dondurulmuş məhsullarının ölkəmizdə rəsmi tərəfdaşlığını həyata keçirməkdən ibarətdir. Növbəti mövsümdə şirkətimizin qarşısında duran ən başlıca məqsədlərdən biri xarici bazara inteqrasiya etməkdir.
- Bugünki uğurlara çatmaq üçün “Camal” LTD şirkəti hansı çətinliklərdən keçib?
- Təbii ki, hər bir istehsal sahəsində olduğu kimi bizdə də ilk anlarda müəyyən çətinliklər olub. Qarşıya çıxan çətinliklər bizim gələcək fəliyyətimiz üçün təkan rolunu oynadı.
- Demək olar ki, bu gün Azərbaycanda ən çox sizin istehsal etdiyiniz və distributoru olduğunuz brendlər satılır. Digər şirkətlər isə, daha zəif fəaliyyət göstərir. Bazarda rəqibsiz işləmək çətin deyil ki?
- Biz sağlam rəqabət mühitinin formalaşmasının tərəfdarıyıq. Şirkətimizin bu sahədə rəqibsiz və lider olmasına səbəb istehlakçının istək və tələblərini düzgün qiymətləndirərək hər zövqə uyğun dadlı və keyfiyyətli məhsul istehsal etməsidir.
- İstehsal etdiyiniz hansı dondurma brendlərinə daha çox tələbat var?
- Hal-hazırda “İceland” ticarət nişanı altında istehsal olunan məhsul çeşidlərinin sayı 100-dən artıqdır. Bunların arasında alıcıların ən çox üstünlük verdiyi - “Bakılı qız”, “Malik”, “Sevgi”, “Oskar”, “Delisimo” və s. dondurma brendlərini xüsusilə qeyd etmək istərdim.
- Hansı xarici şirkətlərlə tərəfdaşlıq edirsiniz? Həmin brendlərə Azərbaycanda maraq hansı səviyyədədir?
- Dondurma və dondurulmuş məhsulların istehsalı ilə məşğul olan qabaqcıl xarici şirkətlər bizə etibar edir. Şirkətimiz Fransanın “Mars”, ”Bonduelle”, İsveçrənin “Mövenpick”, “Alpengold”, “Oreo”, “Nestle”, Kanadanın “McCain”, Rusiyanın “Talosto”, Polşanın “Poltino” kimi dünya ticarət nişanlarının rəsmi distribyutorudur. Uzunmüddətli əməkdaşlıq və qarşılıqlı məsuliyyət bizi bu sektorda etibarlı tərəfdaşa çevirir. Qeyd edim ki, adları çəkilən şirkətlərin məhsulları alıcılar tərəfindən yüksək qiymətləndirilir.
- Sizin şirkət dondurmadan başqa hansı məhsulların istehsalını həyata keçirir? Həmin məhsulların satışı necədir?
- “Camal” LTD şirkəti həm də dondurulmuş qida məhsullarının istehsalını həyata keçirir. Dondurulmuş yarımfabrikat məhsullara tələbat əsasən qış mövsümündə üstünlük təşkil edir.
- Biznesdə uğur qazanmaq üçün nələrə xüsusi diqqət yetirmək vacibdir?
- Düşünürəm ki, bu barədə “Camal” LTD şirkəti yerli bazarda digər şirkətlərə nümunə ola biləcək bir profilə malikdir. Biznesdə əldə edilən uğurlar təkcə yüksək gəlirlərlə kifayətlənmir. Məqsədyönlülük və əməksevərlik işimizin başlıca uğur mənbəyidir. Uğurlu biznesin ən əsas amillərindən biri də peşəkarlıqdır. ”İceland” ailəsinin hər bir üzvü öz işində peşəkar və təcrübəli mütəxəssislərdir.
- Sonda oxucularımıza və eyni zamanda alıcılarınıza nələri tövsiyyə edərdiniz? Dondurma seçərkən nəyə üstünlük versinlər?
- Alıcılara tövsiyyə edirəm ki, dondurma seçərkən istehsal tarixinə və qablaşdırmasına diqqət etsinlər. Məhsulun keyfiyyəti və təhlükəsizliyi önəmli faktordur. “Camal” LTD şirkəti bu gün təhlükəsiz şəraitdə istehsal olunan dondurma məhsullarını alıcılarına tam zəmanətlə təqdim edir.

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259