MÜSAHİBƏ

Sabit Məmmədov: “II Maliyyə və İnvestisiya Forumuna diqqət uğurumuzdan xəbər verir”
30 APREL
1063

Sabit Məmmədov: “II Maliyyə və İnvestisiya Forumuna diqqət uğurumuzdan xəbər verir”

2018-04-30 11:05:00

5 may 2018-ci il tarixində Bakı şəhəri “Pullman”otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyəvə İnvestisiya Forumu (FIF2018) “Rəqəmsal Biznes Trendləri”devizi ilə keçiriləcək. Fins.az TopXeber.az istinadən  Forumun həmtəsisçilərindən olan Admedia Reklam Agentliyini rəhbəri Sabit Məmmədovla forum öncəsi görülən işləri müzakirə edib.

Bu il sayca ikinci dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumunda (FIF) hansı yeniliklər nəzərdə tutulub?

- Təşkilatçı olaraq bizim üzərimizə düşən əsas iş forumun PR və Reklam işini aparmaqdır. Ona görə, çalışırıq ki, Maliyyə və İnvestisiya Forumunda mütamadi yeniliklər edək və bununlada marağı artıraq. Bu il forumda artıq xaricdən dəvət olunmuş spikerlər də çıxış edəcəklər. Məhz bu amil forumun gələcəkdə beynəlxalq arenaya çıxışına kömək edəcək. Hesab edirəm ki, foruma kifayət qədər yenilik eləmişik və bu da özünü tədbirə olan maraqda göstərməkdədir. Kifayət qədər tanınmış media qurumları bu ilki foruma dəstək vermək üçün könüllü bizə qoşulublar.

Bu ilki forum “Rəqəmsal Biznes Trendlər” devizi altında keçiriləcək. Bu devizin seçilməsinişərtləndirən səbəblər hansılardır?

- Artıq dünyada hər şey rəqəmsallaşır. Ona görə də biz təşkilatçı olaraq bu il belə bir devizə üstünlük verdik. Dövlətimizin başçısı artıq elektron hökümət yaradılması ilə bağlı işlərə ciddi önəm verir. Biz də sahibkarlara bu sahədə daha çox məlumat vermək və dövlət qurumları ilə əməkdaşlıq baxımından vasitəçi olmaq üçün “Rəqəmsal Biznes Trendlər”i devizini seçdik.

Foruma dəvət almış xarici ekspertlər kimlərdir və onlar hansı sahədə öz təcrübələrinibölüşəcəklər?

- Spikerlərdən biri Efe Ezerdir. O, bakalav təhsilini  ABŞ ın Virginia Universitetində almış və Maqistr (MBA) pilləsini Koç Universitetində tamamlayıb. Uzun müddət böyük dörtlük şirkətlərindən olan Earnst&Young sirkətində çalışan Efe Ezer hal hazırda Avropanın aktivlərinə görə ən böyük 6 cı bankı olan Societe Generale (İsveç) Bankında CFO (baş maliyyə direktoru) vəzifəsində çalışır. Rəqəmsal bankçılıq və investisiya bankçılığı sahələrində geniş təcrübəyə sahibdir.     

Digər xarici spiker isə Tolqa Kotandır.

Tolqa İstanbul Maliyyə Bazarlarında Aktiv və Portfelin İdarəedilməsi, Tədqiqat və İnstitusional Satış sahələrində 20 ildən çox təcrübəsi mövcuddur. Peşəkar həyatı ərzində xarici investorların Türkiyə investisiyalarında qərar qəbul etməsinə kömək olub.

2011-ci ildə “Forbes” jurnalı tərəfindən son beş ilin ən yaxşı 2 Portfel İdarəedicisindən biri seçilib. Uzun illər idarə heyətində baş menecer və icraçı direktor köməkçisi vəzifəsində çalışıb.

“Boğaziçi Universitet”inin Biznes İdarəsi fakültəsinin məzunu olub. Kanadanın “Ottava Universitet”ində isə MBA dərəcəsini tamamlayıb. Həmçinin, qlobal investisiya bazarlarında ən hörmətli və tanınmış dərəcə hesab olunan CFA ünvanına layiq görülüb.

 Üçüncü spikerimiz həmyerlimiz Yaqub Rəhimovdur. O, Fintech sahəsində 16 ildən artıq təcrübəsi olan sahibkardır. Maliyyə bazarlarında və Kripto, Bitcoin investisiyaları sahəsində 2009-cu ildən fəaliyyət göstərir. Son illər Blockchain və Maliyyə texnologiyaları sahəsində aktiv fəaliyyətini davam etdirir. O, Blockchain texnologiyaları sahəsində fəaliyyət göstərən TOP 3 şirkətdən biri olan 7MARKETZ Inc. Group şirkətinin həmtəsisçisi və direktorudur. O, Naga ICO, Genesis Vision, Nous Platform, Trusted Health, Patron ICO şirkətlərinin ilkin Kripto təklifi prosesini idarə edib və onlara biznes məsləhətçi kimi dəstək olub.

 FIF-in Azərbaycanda təşkil olunmasının ölkəmiz üçün önəmi nədən ibarətdir?

- Biz sahibkarlar olaraq dövlətin bizim üçün yaratdığı şəraiti bir növ başqalarına da göstərmək istəyirik. Belə forumlar dövlət qurumları və sahibkarlar arasında əlaqə yaradır. Xaricdən dəvət olunmuş spikerlərin təcrübəsini bölüşməklə gələcəkdə Azərbaycanda nümunəvi sahibkar dövlət anlaşmasını yaratmaq istəyirik. Bu baxımdan Maliyyə və İnvestisiya Forumu da önəmli bir tədbirdir. Bildiyiniz kimi, forumda kifayət qədər dövlət və hökümət nümayəndələri və millət vəkilləri iştirak edəcək. Biz sahibkarlara dünya təcrübəsini bölüşməyə və bu sahədə olan problemlərin həllində bir növ vasitəçilik etmiş oluruq.

Necə düşünürsünüz, ardıcıl ikinci ildir keçirilməsi planlaşdırılan forum məqsədlərinə nail ola bilirmi?

- Birinci forumda əldə olunan uğurlar saysində indi ikinci  Maliyyə və İnvestisiya Forumu baş tutur. Birinci forumda sahibkarlar və dövlət nümayəndələri kifayət qədər razılıqlarını bildirmişdilər. Məhz bu amil bizi vadar etdi ki, ikinci forumu da keçirək. Bu forum artıq beynəlxalq dərəcə almağa doğru gedir. İkinci forumda kifayət qədər faydalı olacaq. Təşkilatçılar olaraq bundan əminik. Eyni zamanda bu ilki foruma olan maraq da bizi həvəsləndirir.

 Forumun Pr və reklam işlərinə siz cavabdehsiniz. Bu sahədə işlərin səviyyəsi size qane edirmi?

- Bəli, Admedia Reklam Agentliyi olaraq bu işi biz üzərimizə götürmüşük.

İlk forumda biz hamıya izah edirdik ki, məqsəd və məramımız nədir. İndi forumun saytında media tərəfdaşlarımızın sayı hər şeyi göstərir. Azərbaycanda sayılıb, seçilən və ən reytinqli xəbər agentlikləri və portalları bizim media tərəfdaşımızdır. Maliyyə və İnvestisiya Forumu ilə bağlı bu günə qədər internet mediada kifayət qədər xəbərlər gedib. Biz bu işləri daha da artırırıq. Bundan əlavə Maliyyə və İnvestisiya Forumunun reklamı üçün küçə reklamlarından və dijital reklamlardan istifadəedirik. Sosial media üzərindən tanıtım aksiyaları təşkil edirik. Forumda iştirak üçün müraciət edənləri sayı göstərir ki, Admedia olaraq biz PR və Reklam işimizi uğurlu qurmuşuq. Forum günü isə televiziyalar, xəbər agentlikləri və portalları da tədbiri geniş işıqlandıracaqlar. Bunun üçün bütün işləri görmüşük. Ümid edirik ki, Maliyyə və İnvestisiya Forumu Azərbaycan üçün uğurlu bir işə çevriləcək və ölkəmizə faydalı olacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250