MÜSAHİBƏ

Biz duyğuları şüşəyə doldurduq - MÜSAHİBƏ
15 YANVAR
877

Biz duyğuları şüşəyə doldurduq - MÜSAHİBƏ

2018-01-15 09:00:00

Ətir(parfüm) -zövq və fərdiyyət əlamətidir. Həmçinin insan təsvirində böyük rol oynayır və uzun,mürəkkəb və zəngin, tarixə məxsusdur . Əfsanələr,faktlar və müxtəlif növ insanlar bu sahənin bütöv şəklini tamamlayır. Ətirlərin müasir müxtəlifliyi isə hər zövqə uyğun mükəmməl bir ətir seçmək üçün imkan yaradır . Fins.az-ın bu dəfə ki, qonağı ölkəmizdə artıq bir ildir ki, fəaliyyət göstərən lakin heç bir zaman şişirdilmiş reklamlar ilə deyil, keyfiyyətli məhsulları və öz peşəkar fəaliyyəti ilə müştərilərinin qarşısında ad qazanmış İydə ətir şirkətidir. Adı çəkilən şirkətin Marketing direktoru Günel Məmmədovadır.

İydə kimdir?

İydə Açıq Parfüm Sahəsində ilk Azərbaycan brendidir.

“Hisslərin köşəyə tərk edilib, ətirlərin maddiyyat qoxduğu bir zamanda gəldik” bu ifadəyə necə açıqlama verə bilərsiz?

Bildiyiniz kimi ətir qoxularının insanların hissləri və xatirələri ilə hər zaman bir əlaqəsi olub. Amma son dövrlərdə ətir qiymətləri həddindən artıq yüksək məbləğlərdə təqdim olunur. Nəticədə bu da istehlakçıları həmin hisslər və xatirələri xatırlamaqdan kənar tutur. Ona görədə bizdə bu sahədə olan boşluqları müşahidə etdik . istehlakçılar çoxda şişirdilməyən münasib qiymətlərə daha qalıcı və daha keyfiyyətli ətirlərin axtarışındadırlar. Bizdə müştərilərimizin cibinə və zövqünə uyğun olan məhsullarımızı formalaşdırdıq. 

“İydə ətir satmır: Sizin öz ətirlərinizi təqdim edirik” – Hər zövqə uyğun ətiri necə təklif edə bilirsiz?

Biz mağazalarımızda hər zövqə uyğun və geniş çeşiddə məhsullar təqdim edirik. Ona görə də bizim üçün çox dəyərli olan hər bir müştərimiz öz ətrini mağazalarımızda rahatlıqla tapa bilir. Hazırda paytaxtın 5 yerində mağazalarımız fəaliyyət göstərir.

Necə olur ki, məhsullarınız bu qədər keyfiyyətli olduğu halda bu qədər ucuzdu?

Cavab olaraq bildirim ki,biz açıq parfüm sahəsinin bir ilkiyik ki, Fransaya gedərək bu ölkədən ətir tədarük edirik. Bundan başqa Fransada parfum sahəsində birincilərdən olan şirkətlərin biri ilə qarşılıqlı müqaviləmiz var. Nəzərə alsaq ki parfümün qiyməti birbaşa ətrin istehsalı, kompozisiya dəyəri, qablaşdırma, nəqliyyat xərcləri, reklam və diqər marketinq üsullardan ibarətdir. Yəni parfümun özü ümumi xərcin təxminən 25-30-% məbləğinən ibarətdir .Biz də çalışırıq bu marketinq sərflərinə önəm verməyərək keyfiyyətli və müştərilərin budcəsinə uyğun ətirlər təqdim edək . Ətirlərimiz xüsusi flakonlarda olur. Həmçinin online satış da həyata keçiririk.

“İydə”yə gələnlər özləri ilə nə aparır?

İydəyə gələnlər ilk növbədə xoş atmosfer və peşəkar kollektiv ilə rastlaşır. Dükanlarımızda hərkəs özünü evindəki kimi hiss edir. İydə dükanlarında istədiyiniz qədər ətirə baxa və onları qoxlaya bilərsiz. Dükanlarımızdan gedərkən isə özünüzlə xoş təəssürat, füsankar ətir və pulunuzu aparacaqsız.Yəni bizim mağazalarımızda çox pul xərcləmədən də zövqünüzə uyğun ətir əldə edə bilərsiniz.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255