MÜSAHİBƏ

Körfəz ölkələrindən olmayan, lakin olduqca varlı olan bu ölkə turistləri Azərbaycana gəlir – MÜSAHİBƏ
28 DEKABR 2017
1836

Körfəz ölkələrindən olmayan, lakin olduqca varlı olan bu ölkə turistləri Azərbaycana gəlir – MÜSAHİBƏ

2017-12-28 14:16:00

Ölkəmizdə fəaliyyət göstərən minə yaxın turizm şirkətlərindən biri də Online travel turizm şirkətidir. Lakin adı çəkilən turizm şirkəti qısa zamanda sözün yaxşı mənasında fərqlənməyi bacarıb. Online travel tez bir zamanda müştərilərinin inamını qazanmaqla yanaşı xarici ölkələrdən də xeyli sayda Azərbaycana turist gətirməyi bacarıb. Odur ki, Turizm.fins.az adı çəkilən turizm şirkətinin rəhbəri Tural Ələsgərov ilə müsahibə hazırlayıb.

Online travel niyə məhz Online?

Şirkətimiz 2016-cı il iyul ayında yaranıb. Artıq ikinci ildir fəaliyyət göstəririk. İkinci il fəaliyyətimizə baxmayaraq təcrübəmiz ən azı 5-10 il arasındadır. Çünki əməkdaşlarımız uzun illərin təcrübəsinə malikdir.

Şirkət olaraq demək olar ki,həm xarici həm daxili turlar təşkil edirik. Turizmə aid bütün xidmət növləri bizdə var. Online adını seçməkdə məqsədimiz isə odur ki, müştəri istədiyi vaxt bizi online tapa bilsin. Biz 24 saat müştərilərimizə xidmət göstəririk. Müştərilərimiz online olaraq istədiyi turu elə online ödəniş etməklə əldə edə bilər. Bizim üçün iş günü və ya qeyri-iş günün əhəmiyyəti yoxdur. Xitmətimiz günün 24 saatı çalışır.

2017-ci il online travel üçün necə keçdi?

Bizdə 2016-cı illə müqayisədə 2017-ci ildə artım ən azından 50 faizdir. Şirkətimizdə müxtəlif departamentlər var. Ümumi götürəndə artım olduqca böyükdür. 2017-ci ildə planlaşdırdığımızdan da çox inkişaf var. Gələcək üçün isə məqsədimiz şirkətimizin adı üçün çalışmaqdır.

Ümumilikdə nəzər salsaq görərik 2017-ci il 2016-cı illə müqayisədə daha uğurlu keçib. Ən əsasda incomingdə, gəlmə turizmdə . 2017-ci ildə çox sayda turist gəlib ölkəımizə. Çox böyük turizm qrupları gəlib. 2016-cı ildə turistlər müəyyən ölkələrdən gəlsə də, 2017-ci ildə tamamilə fərqli ölkələrdən turist qrupları gəlməyə başladı.

2018-ci il üçün bundan da böyük nəticələr gözləyirik. Ümumi götürəndə görürük gələnlər daha çoxdur. Həmçinin xaricə gedən azərbaycanlı turistlərin də sayı artıb. Misal olaraq 2016-cı ilin sonları xaricə gedənlərin sayı azalıb. Amma 2017-ci ildə bu rəqəmlər artmağa başladı.

Xaricə üz tutan azərbaycanlı turistlər əsasən hansı ölkələrə səfər edirlər? Bundan başqa ənənəvi istiqamətlərdən başqa yeni istiqamətlərə maraq göstərənlər var?

Standart olaraq yerli turistlərimiz Dubay şəhərinə və İstanbula böyük maraq göstərirlər. Bu artıq tendensiyadır. Amma bu il Cənub Şərqi Asiya ölkələrinə də maraq göstərənlərin sayı çox olub. Bu il Malayziya , Şri-Lanka,Sinqapur,Taylanda gedənlərin sayı artıb.

Yeni İldə azərbaycanlı turistlər əsasən hansı xarici ölkələri seçirlər?

Azərbaycanlı turistlər Yeni İldə əsasən Türkiyə,BƏƏ və Avropaya üz tuturlar. Yeni İl bayramında azərbaycanlı turistlər isti ölkələrə elə də çox maraq göstərmirlər. Lakin Yeni İl bayramından sonra qış mövsümünün digər aylarında yerli turistlərimiz isti ölkələr səfər etməyə üstünlük verirlər.

Turistlər  kateqoryaya bölünür, var aktiv turistlər, passiv tarixi sevən və eqzotikanı sevən turistlər. Eqzotikanı və passiv səyahəti sevən turistlər əsasən Asiya ölkələrinə üz tuturlar. Misal üçün Malayziya, Sinqapur və s. Həmçinin yeni ailə qurmuş ailələrdə Asiya zonasına gedirlər.

Siz bir turiz şirkəti olaraq yeni bir istiqamət formalaşdırmağı fikirləşirsizmi?

İlbəil turizm inkişaf etdikcə biz də yeniliklər etməyə çalışırıq. Fərqli olmağa çalışırıq. Təkrar etməyi sevmirik. Hazırda ən cəlb edici səyahət paketləri Misirdə Şərm Əl şeyxdi. 200-300 dollara hər şey daxil 5 ulduzlu otellərdə qalmaq mümkündür.

Yeni istiqamət olaraq bizdə bu dəqiqə ABŞ və cənubi Amerika istiqamətidir. Bu ölkələrə maraq var. Sadəcə bu ölkələrə aviabiletlərin qiyməti bahadır. Biz həmçinin Afrikayada turlar təşkil edirik. Turizm elə bir yerdir ki, insanlar bir yerə maksimum iki dəfə gedir. 3-cü dəfə artıq həmin məkana getmək istəmir. Odur ki, yeniliklər üzərində daim işləyirik.

Afrikada hər hansı bir heyvan ovuna görə sizə müraciət edənlər olub?

Bir çox ölkələrdə əməkdaşlarımız var ki, ov turizmi üçün sifarişlər qəbul edirlər. Afrika ovçular üçün ən asan yoldur. Bu qitədə daha çox ov turizmi inkişaf edib. Afrikada ov üçün müraciət edənlər də olub. Müraciətlər arasında azərbaycanlı turistlərimiz də var. Amma daha çox müraciətlər xarici ölkələrdən olur.  Dəfələrlə olub ki, xarici vətəndaş bizə müraciət edirlər. Misal üçün Monqolustanda dağ keçisi ovu etmək istəyənlər çoxdur. Azərbaycanlı turistlər daha çox elə ölkə daxilində ov etməyə üstünlük verirlər.

                               

Daha çox hansı ölkədən turist gətirirsiz?

Ən çox əcnəbi turistləri Hindistan, Pakistan, Çin və Ərəb ölkələrindən gətiririk. Pakistandan ölkəmizə turist gətirən iki üçü şirkət varsa onlardan biri də bizim şirkətdir. Çalışırıq ölkəmizi daha az tanıyan ölkələrdən turist cəlb edək. Çünki bu daha effektiv olur. Həm də ölkəmizi tanıtmış oluruq.

Pakistan və Hindistandan gələn turistlər əsasən aktiv istirahətlə maraqlanırlar. Bu turistlər Bakını Avropa şəhəri kimi görürlər. Onlar paytaxtımızda özlərini çox rahat hiss edirlər. Həmçinin müəyyən əyləncə növlərindən istifadə edirlər.

Bildiyimiz kimi Körfəz ölkələrindən gələn turistlər daha çox dəbdəbəli otellərdə qonaqlayırlar. Bəs Hindistan və Pakistandan gələn turistlər necə hansı otellərdə qalmağı xoşlayırlar?

 Son iki ildir ki, Pakistandan çox sayda turistlər gətiririk. Həmçinin son bir neçə ayda Hindistan turistlərini də cəlb etmişik. Müşahidələrimizə görə hindistnalı və pakistanlı turistlərin üstünlük verdiyi otellər 4+ otellərdi. Ola bilsin ki, Pakistan və Hindistan deyəndə bir qədər qəribə səslənsin  . Amma Pakistandan və Hindistandan Azərbaycana səfər aviabileti elə də ucuz deyil. Odur ki, adı çəkilən ölkələrdən gələn turistlər əsasən çox imkanlı turistlər olur. Bu turistlər əsasən Dubay üzərindən gəlirlər Azərbaycana. Daha çox bu ölkələrdən gələn turistlər işlə bağlı gəlirlər ölkəmizə bu zaman xərcləri şirkətlər tərəfindən ödənilir. Lakin bununla yanaşı varlı hindistanlı və pakistanlılar da ölkəmizə böyük maraq göstərirlər. Əksriyyəti fabrik  sahibləri, böyük biznes malik insanlardı. Onu da qeyd edək ki, hindistanlı turistlər bir ölkəyə getdikdə qrup halında gedirlər. Yəni bir qrup hindistanlı turist bir oteli tamamilə doldururlar.

Hindistanlı qrupların ortalama qrup sayı 50 nəfər təşkil edir. Hətta elə olur ki, Hindistandan 200-300 nəfərdən ibarət qrup turistlər gəlir.

Online travel olaraq çalışırıq Azərbaycandan bir o qədər xəbəri olmayan ölkələrdən də turist gətirək. Misal üçün bir müddət əvvəl Nepaldan bir qrup turist gətirmişik ölkəmizə.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256