MÜSAHİBƏ

“Faktorinq xidmətini 2-3 dəfə artıracağıq” – BANK RƏSMİSİ - MÜSAHİBƏ
13 İYUL
194

“Faktorinq xidmətini 2-3 dəfə artıracağıq” – BANK RƏSMİSİ - MÜSAHİBƏ

2016-07-13 16:07:00

Caspian Development Bank (CDB) bu ilin may ayının əvvəlindən müxtəlif şirkət və iş adamlarına faktorinq xidməti təklif etməyə başlayıb. Bankın Biznesin inkşafı departamentinin sədri Sənan Həsənov Fins.az-a bankın bu sahədəki iki aylıq fəaliyyəti ilə bağlı açıqlama verib. 

- Sənan müəllim,  faktorinq xidməti Azərbğaycan biznesi üçün yenidir. Sahihibkarlar bu xidməti necə qarşılayıblar, ona maraq varmı?

- Bəli, bu xidmətdən hazırda istehsalçı şirkətlər və sahibkarlar öz məhsullarının satışını həyata keçirməkdən ötrü istifadə edirlər. Sahibkar adətən 30 və 60 günlük, bəzən də 90 günlük faktorinq xidmətindən istifadə edirlər. Onlar məhsulu satdıqca, malların dəyərini banka geri qaytarırlar. 

- Bu xidmətə maraq gözlənilən qədərdirmi?

- Faktorinq yeni məhsul olduğuna görə bu sahəyə maraq yüksək deyil. Hazırda bazarda bu xidməti təklif edən bankların da sayı azdır. Xidmətə marağın az olmasınln əsas səbəbi bu sahədə məlumatsızlıqdan və mariflənmə işlərinin azlığından irəli gəlir. Lakin CDB bank olaraq, radio və internet səhifələrdə bu xidmətin təbliğinə başlamışıq. Yeni şirkətlərlə görüşlər təşkil olunsa da, maraq gözlədiyimiz səviyyədə deyil.

- İndiyədək bu xidmətdən istifadə etmək üçün neçə müraciət olub?

- İndiyədək faktorinq xidmətindən yararlanmaq üçün təxminən 15 şirkət müraciət edib. Onlardan 8-nə müsbət cavab verilib. 

- Müraciət edənlər hansı sahələrdə fəaliyyət göstərirlər?

- Müraciət edənlər əsasən istehsalla məşğul olan şirkətlərdir ki, onlar arasında qida məhsulları istehsal edən şirkətlər çoxluq təşkil edir. Bura şirniyyat, eləcə də içməli su istehsal edən şirkətlər daxildir. 

- Bu xidmət onlar üçün niyə maraqlıdır? Onlar hansı vəziyyətdə bundan istifadə edirlər?

- Faktorinq girovsuz təklif olunan məhsul növü olduğundan bu şirkətlər üçün sərfəlidir. Burada məhsulu alan və satan tərəflər analiz olunaraq, maliyyələşdirilir. Faktorinq müqaviləsi 500-200 min manat məbləğində bağlanılır. İkincisi, sahibkarlar öz pullarını daha tez əldə edib, həmin pulla yenidən məhsul istehsal edə bilirlər. Yəni öz vəsaitlərini məhsulu verdikləri tarixdəcə geri alırlar. Həmçinin valyuta riski baxımından da bu xidmət distributor şirkətlər üçün xüsusilə maraqlıdır.

- Bu xidmətdən istifadə etmək üçün müraciət edənlərin hamısı ondan yararlana bilir,  yoxsa, imtina olunanlar da var?

- Bəli, bəzi şirkətlər və iş adamlarının fəaliyyəti araşdırılaraq onlara bu xidmətin göstərilməsindən imtina edilib. 

- İmtinanın verilməsi səbəbi nə oldu?

- Xidməti təklif etməzdən əvvəl satıcı-alıcı münasibətləri, hesablaşmaların vaxtında aparılması və s. nəzərə alınır. Həmçinin diqqət edilməsi zəruri olan digər məqamlar- satıcının kredit öhdəliklərini necə yerinə yetirməsi, başqa banka borcunun olub-olmaması, borcu varsa ödənişlərin gecikdirib-gecikdirməməsi və s-dir. Bu məsələlər araşdırıldıqan sonra, şirkət tələblərə cavab verərsə artıq danışıqlara başlanılır. 

- Sizcə faktorinq xidməti başqa hansı biznes sahələri üçün maraqlı olacaq?

- Hazırda bazarda faktorinq əməliyyatları üçün geniş potensial var. Bu xidmət ən çox qida və qeyri-qida məhsulları istehsal edən şirkətlər və eləcə də distributor şirkətlər üçün maraqlı olacaq. 

- İlin sonunadək bu xidmətdən istifadə edənlərin sayının hansı həddə çatacağını gözləyirsiniz?

- İlin sonuna kimi xidmətimizdən yararlananların sayını 2-3 dəfə artırmağı düşünürük. Biz müştərilərə individual yanaşırıq.  Mövsümi və ya ilboyu fəaliyyət göstərən şirkətlərin fəaliyyəti araşdırırlır, işləri korreksiya olunur, sonda onlara uyğun təkliflər hazırlanır.

Hazırda yay ayları olduğu üçün maraq yetəri qədər deyil amma düşünürük ki, sentyabr ayından canlanma başlayacaq. Sentyabr-noyabr aylarında istədiyimiz effekti əldə edəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275