MÜSAHİBƏ

"myAccess" Azərbaycanda bank əməliyyatlarını asanlaşdıracaq - MÜSAHİBƏ
02 MAY
653

"myAccess" Azərbaycanda bank əməliyyatlarını asanlaşdıracaq - MÜSAHİBƏ

2016-05-02 16:22:00

Son zamanlar Azərbaycanda internet-bankinqə maraq durmadan artır. Bu xidmət sözün əsl mənasında həm müştərinin, həm də bankların həyatını asanlaşdırır. İnternet-bankinq, adından da bəlli olduğu kimi, internet üzərindən bank əməliyyatlarının aparılmasıdır. Bu xidmət vasitəsilə hər bir müştəri öz bank hesablarını, kartlarını, əmanətlərini, kreditlərini idarə edə bilər. Üstəlik, tez-tez lazım olan pul köçürmələrini də onlayn qaydada aparmaq mümkündür. Lakin müştərinin istək və arzuları tükənmir. Ölkədə bir platforma da var ki, bütün bu imkanları özündə cəmləşdirir. Söhbət "AccessBank"ın yaratdığı "myAccess" sistemindən gedir. 

Sisitemin imkanları və bankın bu sahədəki planları ilə bağlı suallara "AccessBank"ın Bankçılıq xidmətləri Departamentinin rəhbəri Səbinə Qurbanova cavab verir: 

- Səbinə xanım, "AccessBank"da internet bankinq sisteminin yaradılmasında əsas məqsəd nə idi və üstünlükləri nədən ibarətdir?

- “myAccess”i yaratmaqda əsas məqsədimiz keyfiyyətli məhsul ərsəyə gətirmək idi. Biz istəyirdik ki, müştərilərimiz az vaxt sərf edərək, rahat şəkildə və sərfəli şərtlərlə bank əməliyyatlarını həyata keçirə bilsin. Beynəlxalq təcrübədən yararlanaraq müştəriyönümlü bir sistem - “myAccess” yaratdıq. 

“myAccess” sisteminin əsas üstünlüyü onun onlayn bankçılıqdan anlayışı olmayan insanlar üçün belə rahat istifadə edilə bilən və başa düşülən xidmət olmasıdır. Əməkdaşlarımız tərəfindən hər bir yeni müştəriyə “myAccess” xidmətindən istifadə qaydaları filiallarımızda elə ətraflı izah olunur ki, artıq müştəri sərbəst şəkildə banka gəlmədən bizim xidmətdən istifadə edə bilir. Müştərilərin rahatlığı üçün “AccessBank”ın rəsmi saytında video-təlimatlarda yerləşdirilib. 

Bu xidmət vasitəsilə müştəri özünə aid hesablar, bank məhsulları haqqında rahat məlumat əldə edə bilir. Bundan başqa, müştəri nəinki bankdaxili pul köçürmələri, o cümlədən, ölkədaxili köçürmələr edə bilər. Əgər kartında və ya hesabında vəsait yoxdursa, digər hesablarından vəsaiti həmin hesablara asanlıqla və vaxt itirmədən yönəldə və dərhal istifadə edə bilər. Müştəri kartını itiribsə, “myAccess”ə daxil olaraq, dərhal kartını bloklaşdıra, və istədiyi zaman kartı aktivləşdirə bilər və s.

- "myAccess"ə maraq göstərən müştəri qrupları hansılardır? 

- “myAccess” sistemini yaradarkən fiziki şəxslər, fərdi sahibkar, o cümlədən hüquqi şəxslər üçün əlçatan olmasını nəzərə almışıq. İnternet-bankinq istifadəçisi olan müştərilərimiz sistemdən istifadə etdikcə, onun faydalarını və üstünlüklərini hiss edirlər. Bəzi funksiyalar var ki, bunlar yalnız hüquqi şəxslər, bəziləri isə fiziki şəxslərə aiddir. Elə bir sistem yaratmışıq ki, müştəri özünü evindəki kimi rahat hiss etsin, başqa saytlara daxil olaraq əlavə əməliyyat etməyə ehtiyac qalmasın. Hər zaman müştərilərimizlə ünsiyyətdə olaraq xidmətin funksionallığının genişləndirilməsi üzrə işlər də aparırıq.

- "myAccess" sistemi üzrə hansı yeniliklər gözlənilir 

- Hal-hazırda bütün müştərilərimiz üçün faydalı olacaq daha geniş funksional əlavələrin istifadəyə verilməsi üzərində işləyirik. Yaxın aylarda “myAccess” vasitəsilə kommunal ödənişlərin həyata keçirilməsi, o cümlədən, müştərilər üçün vacib olan digər xidmətləri istifadəyə verəcəyik.

- Azərbaycanda internet-bankinqin perspektivləri barədə nə fikirləşirsiniz? 

- İstənilən xidmətdən istifadə etmək üçün ilk öncə həmin xidmətə tələbat olmalıdır. Qeyd etmək istəyirəm ki, ölkəmizdə internet bankinqin, onlayn xidmətlərin əhəmiyyəti  artdıqca, insanlar onun faydalılığını hiss etdikcə ona tələbat da artır. Onlayn xidmət istifadəçilərinin sayına görə Bakı və Abşeron əhalisinin  sürətlə artmasına baxmayaraq, sevindirici haldır ki, region əhalisinin də yeni texnologiyalara maraq göstərməsini və yeniliklərə açıq olmasını müşahidə edirik. Fikrimcə, internet bankinqdən, onlayn texnologiyalardan istifadə etdikcə və faydasını hiss etdikcə, internet-bankinqdən istifadə edənlərin sayı sürətlə artacaq.

- “AccessBank” internet-bankinqin daha da inkişaf etməsi üçün hansı addımlar atır?

- Əsas gördüyümüz iş maarifləndirmə ilə bağlıdır. Müştəri üçün “myAccess” açılarkən ona bu xidmət izah olunur, ölkədaxili pul köçürmələri və ya bir hesabdan digər hesaba pul köçürmə və s. digər xidmətlər, funksiyalar bir-bir göstərilir. Bundan əlavə müxtəlif müştəri qrupları üzrə maarifləndirici seminarlar təşkil edərək, onlara vaxt itirmədən, rahat şəkildə və sərfəli şərtlərlə bank əməliyyatlarını həyata keçirilməsi imkanlarını göstəririk. 

- “myAccess”i unikal edən xidmətlərdən biri də valyuta mübadiləsi (Exchange) funksiyasıdır. Zəhmət olmasa, bu barədə bir az ətraflı məlumat verin.

- Müştərilər tərəfindən mübadilə əməliyyatına tələbatın çox olduğunu görürük. Ötən aylarda mübadilə əməliyyatlarına böyük ehtiyac olan dövrdə biz bu sistemi müştərilər üçün açıq etmişdik. Onlar “myAccess”ə qoşularaq müəyyən limit çərçivəsində istənilən zaman öz mübadilə əməliyyatlarını həyata keçirirdilər. Hal-hazırda da fiziki şəxs müştərilərin “myAccess” vasitəsi ilə aparılan əməliyyatlarının böyük qismini mübadilə əməliyyatları təşkil edir.

- Təhlükəsizlik məsələləri də olduqca önəmlidir. “myAccess”də bu məsələ necə tənzimlənir? 

- Onlayn bankçılıq xidməti göstərən hər bir bank üçün təhlükəsizlik məsələsi çox vacibdir. “myAccess” təhlükəsizliyi yüksək səviyyədə təmin edir, belə ki High-Tech Bridge və Qualys şirkətləri, eləcə də “Böyük dördlüyə” daxil olan və dünyanın ən böyük auditor-məsləhətçilik şirkətlərindən biri PwC tərəfindən aparılan tədqiqatlar əsasında “myAccess” Azərbaycanda ən təhlükəsiz internet-bankinq sistemlərindən biri kimi təsdiqlənib.

- Bir qədər öncə biz Azərbaycanda onlayn-bankçılığın perspektivləri barədə danışdıq. Biz onlayn bankçılıq sahəsində Avropadakı səviyyəyə nə zaman çata bilərik? 

- Bizdə banklar artıq onlayn bankçılığa üstünlük verməyə başlayıblar. Bu templə yaxın gələcəkdə onlayn texnologiyalar sahəsində daha yüksək səviyyəyə çatacağımıza inanıram. İnternet istifadəsi üzrə Azərbaycanın göstəricisi Türkiyə ilə müqayisədə daha yüksəkdir, İtaliya ilə bərabərdir. Respublikamızın regionlarında yaşayan  ailələrin əksəriyyətində ən azından bir smartfon və ya kompüter istifadəçisi var. Buna görə də, düşünürəm ki, çox az bir zamanda, Azərbaycanda onlayn bankçılıq daha sürətlə inkişaf edəcək. Bütün dünyada həyat tərzi sürətlə dəyişir, biznesin bir çox növləri artıq onlayn şəkildə daha çox inkişaf edir. Buna görə tendensiyalardan geri qalmamaq və müasir həyatla bərabər addımlamaq üçün hər kəsi “myAccess” internet bankinq xidmətinə qoşulmağa çağırıram.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272