MÜSABİQƏ

“Milan”ın hücumçusu İngiltərə klubuna keçib
31 İYUL
161

“Milan”ın hücumçusu İngiltərə klubuna keçib

2019-07-31 11:37:00

İtaliyanın “Milan” klubunun  futbolçusu Patrik Kutrone karyerasını İngiltərədə davam etdirəcək.

Fins.az-ın məlumatına görə, 21 yaşlı futbolçu “Vulverhempton”a transfer olunub.

Milanın eyniadlı klubunun yetirməsi olan P.Kutronenin müqaviləsinin detalları açıqlanmır. 2017-ci ildən klubunun əsas komandasında oynayan hücumçu ötən mövsümdə 34 matçda 3 qol vurub. 

Qeyd edək ki, P.Kutrone 2018-ci ildən İtaliya millisinin formasını geyinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır