MÜSABİQƏ

AVRO-2020-nin bilet satışında rekord qeydə alınıb
15 İYUL
213

AVRO-2020-nin bilet satışında rekord qeydə alınıb

2019-07-15 15:41:00

AVRO-2020-nin final mərhələsinə bilet satışının birinci mərhələsi rekordla əlamətdar olub.

Fins.az-ın məlumatına görə, UEFA 19 milyon 300 min bilet üçün müraciət alıb.

AVRO-2016-nın analoji dövründə bu rəqəm 11 milyon olub. 2020-ci il iyulun 12-də Londonun “Uembli” stadionunda keçiriləcək finala bilet əldə etmək istəyənlərin sayı 1,9 milyon təşkil edib. Bu, stadionun tutumundan təxminən 22 dəfə çoxdur.

Qeyd edək ki, AVRO-2020-nin dörd oyunu Azərbaycanda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır