MÜSABİQƏ

DÇ-2022-də iştirak hüququndan məhrum olan ilk komanda müəyyənləşib
11 İYUN
1091

DÇ-2022-də iştirak hüququndan məhrum olan ilk komanda müəyyənləşib

2019-06-11 15:28:00

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak hüququndan məhrum olan ilk komanda bəlli olub. 

Fins.az xəbər verir ki, Asiya zonasında mübarizə aparan Butan millisinin DÇ-2022-də iştirak etməyəcəyi dəqiqləşib. Yığma seçmə mərhələdə iki oyunun nəticəsinə əsasən Quam kollektivinə (1:0, 0:5) məğlub olub və şansını itirib. 

Qeyd edək ki, Qətərdəki mundial 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272