MÜSABİQƏ

"Siti" "Barselona"nın arzusuna soğan doğruya bilər
17 MAY
627

"Siti" "Barselona"nın arzusuna soğan doğruya bilər

2019-05-17 18:34:00

Bu mövsümün sonu "Atletiko"dan ayrılacağını açıqlayan Antuan Qrizmannı transfer etmək istəyən klubların siyahısına daha bir əlavə olunub.

Fins.az xəbər verir ki, "Mançester Siti" fransalı hücumçu ilə maraqlanır. Bildirilir ki, İngiltərə təmsilçisi 28 yaşlı oyunçu üçün "Barselona"dan daha çox məbləğ ödəməyə hazırdır.

Qeyd olunub ki, əgər Qrizmann yüksək maaş verəcək kluba keçmək istəsə, Kataloniya təmsilçisi onu almaq üçün mübarizə aparmayacaq və bu transferdən imtina edəcək. Bundan əvvəl "Barsa"nın Qrizmanna illik 17 milyon avro qazanacağı müqavilə təklif etdiyi iddia olunub. Əlavə edək ki, Qrizmannla "Bavariya"nın da maraqlandığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263