MÜSABİQƏ

"İnter" vuran ayağını satıb, "şeytan"ı alır
23 APREL
254

"İnter" vuran ayağını satıb, "şeytan"ı alır

2019-04-23 17:27:00

"İnter" mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Mauro İkardinin əvəzləyicisini tapıb.

Fins.az xəbər verir ki, Milan klubu "Mançester Yunayted"dən Romelu Lukakunu hədəfə alıb. İngiltərə klubu belçikalı ulduzu 2017-ci ildə "Everton"dan 85 milyon avroya alıb. Lakin Lukaku ümidləri doğrultmur və hətta transfer dəyəri 2 ildə 50 milyon avroya düşüb.

Xəbərdə qeyd edilir ki, Lukaku özü də "İnter"ə keçmək istəyir. Amma öncə "Mançester Yunayted"in ona ödəməli olduğu 10 milyon avronu tələb edir.

Qeyd edək ki, 25 yaşlı forvard cari mövsümdə oynadığı 43 matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271