KADR İŞİ

Naxçıvanın yeni İqtisadiyyat naziri təyin edilib
15 MAY
300

Naxçıvanın yeni İqtisadiyyat naziri təyin edilib

2019-05-15 09:46:00

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri təyin edilib. 

Fins.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır