KADR İŞİ

Staja görə əmək məzuniyyəti nə qədər olmalıdır?
18 MART
344

Staja görə əmək məzuniyyəti nə qədər olmalıdır?

2019-03-18 12:56:00

Rəsmi əmək müqaviləsi əsasında çalışan işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı gündən etibarən altı ay işlədikdən sonra yaranır və ona ödənişli əsas məzuniyyət 21 təqvim günündən az ola bilməz.

Fins.az " xəbər verir ki, işçinin əmək stajı beş ildən on ilədək olduqda ona 2, on ildən on beş ilədək olduqda 4, on beş ildən çox olduqda 6 təqvim günü əlavə məzuniyyət verilir. Eyni zamanda, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır