KADR İŞİ

Yazıçı AzTV-yə baş redaktor gətirildi
06 MART
181

Yazıçı AzTV-yə baş redaktor gətirildi

2019-03-06 10:17:00

AzTV-nin sədri səlahiyyətlərini icra edən Rövşən Məmmədli bir neçə kadr dəyişikliyi həyata keçirib.

Fins.az Modern.az-a istinadən xəbər verir ki, sədr bu dəfə "Ədəbi-dram verilişləri" baş redaksiyasının rəhbərini dəyişib. Jurnalist və yazıçı Azər Qismət sözügedən redaksiyaya baş redaktor təyin edilib. 

A. Qismətə qədər bu vəzifəni Sadıq Elcanlı icra edirdi. O, isə “Telefilm” yaradıcılıq birliyinə baş redaktor göndərilib.

Qeyd edək ki, Azər Qismət "İç xəbər" verilişinin aparıcısı kimi tanınıb və bir müddət ANS-də baş redaktor olub. 

Hekayə, novella və romanlar müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264