KADR İŞİ

Qeyts və Zuckerberg kimi uğurlu insanlar düşünmək üçün hansı məkanları seçirlər?
04 DEKABR
100

Qeyts və Zuckerberg kimi uğurlu insanlar düşünmək üçün hansı məkanları seçirlər?

2018-12-04 12:37:00

Müfəssəl düşünmə bacarığı insanı digər canlılardan fərqləndirən təməl xüsusiyyətlərdən biridir. Hər gün, əksərən fərqinə varmasaq belə, saysız-hesabsız mövzu ilə bağlı düşünüb bir çox qərarlar qəbul edirik, lakin çoxlarımız düşünməyə kifayət qədər vaxt ayırmır, əvəzində vaxtımızı səmərəsiz işlərə sərf edirik.

Uğurlu insanların həyat tərzinə nəzər saldığımız zaman isə düşünməyə və tək qalmağa olduqca əhəmiyyət verdiklərini, hətta günün müəyyən saatlarını məhz bu fəaliyyətə sərf etdiklərini görə bilərik. Hətta bu insanların düşünmək və tək qalmaq üçün seçdikləri xüsusi yerləri belə var. Onlardan bəziləri təbiət qoynunda daha yaxşı düşündüyünü söyləyirsə, bəzilərinin seçimləri rəqs studioları olur.

1. Daşınmaz əmlakın onlayn sifariş edilməsini təqdim edən “Airbnb” şirkətinin CEO – su və qurucu ortağı Brian Chesky – nin düşünmək üçün seçdiyi sevimli məkanı San-Fransiskoda yerləşən “Walt Disney Ailə Muzeyi” – dir.

2. “Facebook” – un CEO – su Mark Zuckerberg – in sevimli məkanı isə bir az daha bəsitdir, belə ki, o, evinin bağçasında gəzişərək düşünməyə üstünlük verir.

3. “Minted” şirkətinin qurucusu və CEO – su Mariam Naficy, düşünmək üçünGolden Gate körpüsündə gəzişməyi çox sevir.

4. “Netflix” – in CEO  - su Reed Hastings Santa Cruz ştatındakı evinin istirahət otağını düşünmək üçün ən ideal yer hesab edir.

5. “PayPal” qurucu ortağı Peter Thiel – in seçimi isə təbiətlə təmasda ola biləcəyi hər yerdir.

6. “Twitter” qurucu ortağı və “Medium” şirkətinin qurucusu Evan Uilliamshərəkətdə olarkən daha yaxşı düşünə bildiyini söyləyir. Onun fikrincə, hər hansı bir yerdə gəzişmək sakitcə düşünə bilmək üçün kifayət edir.

7. “Facebook” şirkətinin baş əməliyyat direktoru Sheryl Sandberg qaçış aparatının üzərində olarkən daha yaxşı düşünə bildiyini söyləyir.

Image result for Aerobic exercise
Image result for Aerobic exercise

Həmçinin oxu: Facebook milyonçusu Sean Parkerin dəlisov həyat hekayəsi

8. Microsoft – un qurucusu Bill Qeyts isə avtomobil idarə edərkən bu fəaliyyətləri icra edə bildiyini deyir.

9. “ClassPass” – ın qurucusu və CEO – su Payal Kadakia düşünmək üçün ən qeyri-adi məkanı seçənlərdən biridir. Rəqs studiosu.

10. Dünyaca məşhur oyun istehsalçısı “Zynga” şirkətinin qurucusu Mark Pincusvelosiped sürərkən və ya sörfinqlə məşğul olarkən çox yaxşı düşünə bildiyini qeyd edir.

© Banco.az

Eləcə də bax:Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256