KADR İŞİ

Səfər Mehdiyev 3 məzuna iş verdi
14 NOYABR
392

Səfər Mehdiyev 3 məzuna iş verdi

2018-11-14 16:50:00
Dövlət Gömrük Komitəsi Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub. Fins.az xəbər verir ki, bu barədə Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədənkənar işə qəbul ediliblər.
Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255