KADR İŞİ

Dizaynerlik haqqında bilinməyənlər - Milyonlar qazanırlar
13 SENTYABR
348

Dizaynerlik haqqında bilinməyənlər - Milyonlar qazanırlar

2018-09-13 12:50:00

Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla dizayner hər gün xeyli miqdarda pul qazanır.

Çoxları bunu edərkən evlərindən belə çıxmırlar. "Freelance" olaraq da adlandırılan evdə oturaraq dizayn işləri görmək, dünyada getdikcə daha çox rəğbət görən peşələrdən birinə çevrilir və Azərbaycanda da müəyyən bir kəsimin marağını cəlb edir.

“Görünüşü daha gözəl şəkildə təqdim edən işin adı dizaynerlikdir”.

Fins.az xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında Sayt.az-ın əməkdaşı, Uİ/UX dizayner Akif Hüseynzadə bildirib.

Onun sözlərinə görə, bu işə başlamaq istəyən insan ilk olaraq informasiya əldə eləməli, dizaynerliyin məntiqini öyrənməlidir:

“Bu, dizayn ideyalarının formalaşması üçün olduqca vacibdir. İlkin olaraq proqramdan başlamaq məcburiyyəti yoxdur. Dizaynerliyin məntiqini öyrəndikdən sonra proqramları mənimsəmək daha asan olur. İdeya tətbiqetmə ilə birləşdikdə yaxşı nəticələr ortaya çıxa bilir.

Dizaynerliklə bağlı informasiyanı hazırda ölkəmizdə yeni inkişaf etməyə başlayan kurslardan, yaxud internet üzərindən əldə etmək olur. Qrafik sahəsində dizaynerlik etmək istəyən şəxslər ilkin mərhələdə Vektor, Fotoşop kimi proqramlardan istifadə edə bilərlər.

Əvvəlki dövrlərlə müqayisədə hazırda dizaynerlik sahəsində artım müşahidə edilir. Bu da tələblə bağlıdır. Qanunları qoruyan hər bir dizayner yaxşı dizaynerdir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258