KADR İŞİ

Müsahibəyə gedən hər bir şəxsin bilməli olduğu 10 tip sual!
10 SENTYABR
286

Müsahibəyə gedən hər bir şəxsin bilməli olduğu 10 tip sual!

2018-09-10 11:21:00

İlk dəfə müsahibəyə gedəcək olanlar, ya da ki bir az təcrübə qazandıqdan sonra yeni bir iş müsahibəsinə gedənlər üçün çoxdandır yazmadığımız iş müsahibəsi haqqında yazmaq istədik. Məlumdur ki, artıq çox insan universitetdən məzun olub və yay tətili də bitir. Bu o deməkdir ki, işə qəbul prosesi bu sentyabrdan başlayacaq.  

CV göndərmə mərhələsindən sonra insan resursları departamentinin nümayəndələri tərəfindən müsahibə mərhələsinə dəvət olunarsınız. Bu mərhələdə departament işçiləri hərçənd ölkəmizdə tez-tez rast gəlinməsə də sizə maraqlı və düşünüdürücü suallar verər. Düzdü hər müsahibə mərhələsində belə suallar olmaz, bəzi müsahibə mərhələsində çox qeyri-ciddi və mənasız suallar verilə bilər, yəni bu barədə bəhs etdim. Lakin elə suallar var ki, sizi səssizliyə qərq edər, bütün müsahibə boyu ancaq o sual haqqında düşünərsiniz.  

Budur, qarşınızda iş müsahibələrində soruşulan lakin biraz bayağı və düşündürücü olan 10 müsahibə sualı

1) Deyək ki, işlədiyiniz şirkətdə sizin ad gününüz üçün tort hazırlayırlar. Tortun üzərində sizi təsvir edəcək beş söz yazılsaydı o nə olardı?

Bu sual çox mənasız gəlsə də əsl məqsədi iş yoldaşlarınıız tərəfindən necə biri olaraq tanındığınzı öyrənməkdir. Bu suala cavab verərkən biraz yaradıcı olun, amma uzun sözlərdən də istifadə etməyin.

2) Keçmişdə kiminlə şam yeməyi yemək istəyərdin və səbəb nədir?

Bu sualın verilməsinin səbəbi günümüzdə və ya keçmişdə rəğbət duyduğunuz insanı öyrənməkdir. Bu bir yazıçı, bir rəssam və ya bir biznesmen , yaxud tanıdığın bir şəxs ola bilər. Bu sual eyni zamanda  həmin şəxsdən niyə motivasiya alırsan?, onu xoşlamağında əsas səbəb nədir?, şam yeməyində nələrdən danışardınız? kimi alternativ suallardan ibarətdir.

3) Səni təsvir edən bir marka denən.

Bu sualın məqsədi sizin hörmət etdiyiniz dəyərləri, bu dəyərləri niyə vurğuladığınızı öyrənməkdir.

4) Məlumatsız olduğunuz halda etməyə məcbur olduğunuz bir iş barədə necə qərar verərsiniz?

Əslində bu sual sizin çətinliklər qarşısında necə davrandığınızı analiz edəcək.

5) Məni müdafiə etdiyin bir fikrə razı sal, sonra da tam əksini göstər.

Bu suala cavab vermək üçün bir fikir düşünməlisiniz. Bu ancaq sizin fikri olması məcburiyyətində deyil, hər hansı bir menecerin də fikri ola bilər. Sonra bu fikrin əks variantı barədə düşünməlisiniz. 

6) İş yoldaşınızın mənasız bir xasiyyəti var və bu işin keyfiyyətinə təsir edir. Bunu necə həll edərsiniz?

Bu sual əslində sizin iş yoldaşlarınızla olan problemlərinizi necə həll edə biləcəyinizi göstərir. Əgər belə bir problem yaşamışsanız, şanslısınız çünki cavab verə biləcəksiniz. Əgər yaşamamışsanız, olacaq ehtimallar barədə düşünməniz lazımdır.

7) Qəzetin ilk hansı səhifəsini oxuyarsanız, bu davranışınız bizə sizin haqqınızda nə deyir.

Bu suala cavab verərkən, qəzet başlıqlarını fikirləşin. Çünki sual birbaşa sizin maraq dairənizi soruşur. Ona görə də öz maraq dairənizə dair cavabınızı verin.

8) CV-ni unut, səni sən edən məqamlar barədə danış.

Bu suala cavab verərkən CV-zə yazmadığınız şeylərdən söz açın, yəni çalışın təkrara yol verməyin.

9) Köhnə işinizdə yaşadığınız problemlər nə idi?

Bu suala cavab verərkən çalışın əvvəl işlədiyiniz şirkəti və oradakı iş yoldaşlarınızı təhqir etməyin. Zatən sualın məqsədi niyə işi tərk etdiyinizdir, problemi onlarda yox özünüzdə axtarmalısınız.

10) Köhnə işinizdəki meneceriniz necə biri idi?

Diqqət! , bu  qurma sualdır. Və sizi tələyə sala bilər. Fikirləşin ki, siz öz cv-də işlədiyiniz bütün şirkətləri yazmısız. Qarşınızdakı insan resursları meneceri həmin şirkətlərin əlaqəsini tapa bilər. Ona görə də işlədiyiniz şirkətdə pis bir menecer olubsa, onu pisləmək əvəzinə bir menecerdə görmək istəmədiyiniz detalları  qeyd edin. Əgər yox elə biri yoxdursa, lap əla. İşlıdiyiniz menecerlərin xususiyyətləri haqqında məlumat verin. Bu həm də çox yaxşı bir referans olacaqdır. 

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253