KADR İŞİ

Gənclər Fonduna yeni icraçı direktor təyin edildi
13 MART
580

Gənclər Fonduna yeni icraçı direktor təyin edildi

2018-03-13 18:20:00

Prezident İlham Əliyev F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Fins.az-ın məlumatına görə, sərəncamla  Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

Fərid Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin məzunudur.

O, müxtəlif illərdə Xarici İşlər Nazirliyində, referent, attaşe, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində, Attaşe, III katib, II katib, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunda (UNFPA) İcraiyyə Şurası bürosunun üzvü, vitse-prezident, Xarici İşlər Nazirliyində, II katib, Heydər Əliyev Mərkəzində, baş mütəxəssis və son olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Əməkdaşlıq Şöbəsində, şöbə müdiri vəzifələrində çalışmışdır.

Fərid Cəfərov
Fərid Cəfərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256