KADR İŞİ

Prezident Ramin Quluzadəyə müavin təyin etdi
05 FEVRAL
678

Prezident Ramin Quluzadəyə müavin təyin etdi

2018-02-05 19:21:00

Elmir Vəlizadə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyev fevralın 2-də müvafiq sərəncam verib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşməsindən əvvəl E.Vəlizadə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini vəzifəsində işləyib.

Bir müddət əvvəl Prezidentin sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273