KADR İŞİ

İtaliyada işsizlik səviyyəsi 11 faizə enib
10 YANVAR
273

İtaliyada işsizlik səviyyəsi 11 faizə enib

2018-01-10 10:44:00

2017-ci ilin noyabrında İtaliyada işsizlik səviyyəsi 11 faizə düşüb.

Fins.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (İSTAT) məlumat yayıb.

İSTAT-ın məlumatına görə, ölkədə işsizlik səviyyəsi 2016-cı ilin noyabr ayı ilə müqayisədə 1 faiz aşağı enib. Bildirilir ki, noyabr ayına olan məlumatlara əsasən, işsizlərin sayı 2,855,000 nəfər təşkil edib. Bu rəqəm oktyabr ayının göstəriciləri ilə müqayisədə 18000 nəfər, 2016-cı ilin noyabr ayı ilə müqayisədə isə 243,000 nəfər azdır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258