KADR İŞİ

2017-ci ildə ingiliscə soruşulan ən populyar 40 müsahibə sualı
23 DEKABR 2017
524

2017-ci ildə ingiliscə soruşulan ən populyar 40 müsahibə sualı

2017-12-23 12:30:00

İngilis dili hazırda  bütün iş sahələrində istifadə edilən və işə qəbul olmaq üçün tələb olunan əsas xarici dildir. İş belə olarkən iştirak etdiyimiz müsahibələrdə ingilis dili səviyyəmizi bilmək üçün  ya müsahibənin sonuna qədər ya da müəyyən müddət üçün bizdən ingiliscə bəzi suallar soruşurlar. Bu gün Banco.az komandası sizlər üçün  2017-ci ildə müsahibələrdə ən çox  istifadə edilən 40 məşhur sualı toplayıb sizlərə təqdim edir

1) Can you tell me a little about yourself?

Tərcüməsi: Mənə acazıq özün haqqında danışa bilərsənmi?

2) Why are you leaving your last job?

Tərcüməsi: Ən sonuncu işinizdən ayrılma səbəbiniz nə idi?

3) What is your greatest weakness?

Tərcüməsi: Sizin ən zəif cəhətiniz nədir?

4) What is your greatest strength?

Tərcüməsi: Sizin ən güclü cəhətiniz hansıdır?

5) Where do you see yourself being in 3-5 years from now?

Tərcüməsi: Üç və ya beş il sonra özünüzü harda görürsünüz?

6) Why should we hire you?

Tərcüməsi: Sizi niyə işə götürməliyik?

7) What do you know about this organization?

Tərcüməsi: Bu şirkət haqqında nə bilirsiniz?

 8) Why do you want this job?

Tərcüməsi: Bu işi nə üçün istəyirsiniz?

9) Let’s talk about salary. What are you looking for?

Tərcüməsi: Biraz da maaş haqqında danışaq. Maaş gözləntin nə qədərdir?

10) Do you have any questions for us?

Tərcüməsi: Bizə başqa sualın var?

11) Are you a team player?

Tərcüməsi: Komanda oyunçususan?

12) What is the biggest mistake you have ever made?

Tərcüməsi: İndiyə qədər etdiyin ən böyük səhv nə olub?

13) Why is there a gap in your work history?

Tərcüməsi: İş həyatınıza niyə fasilə verdiniz?

14) Tell me about a problem you have solved?

Tərcüməsi: Həll etdiyin bir problem haqqında mənə danış.

15) What do you dislike about your last job?

Tərcüməsi: Sonuncu işinizdə sevmədiyiniz nələr idi?

16) What has been your greatest achievement?

Tərcüməsi: Bu günə qədərki ən böyük nailiyyətiniz nədir?.

17) Tell me about any issues you have had with a previous boss?

Tərcüməsi: Əvvəlki meneceriniz ilə yaşadığınız problemlər haqqında mənə  danışın.

18) Tell me a suggestion you have made that was implemented?

Tərcüməsi: Həyata keçirilən bir təklifiniz haqqında mənə danışın.

19) Would you rather work for money or job satisfaction?

Tərcüməsi: Pul üçünmü yoxsa iş məmnuniyyəti üçünmü işləməyi üstün tutarsınız?

20) Has anything ever irritated you about people you have worked with?

Tərcüməsi: Birlikdə işlədiyiniz insanlarla hər hansı bir problem yaşamısınızmı?

21) What relevant experience do you have?

Tərcüməsi: Sizə uyğun iş təcrübəsi hansıdır?

22) How are you when you are working under pressure?

Tərcüməsi: Təzyiq  altında işləyə bilirsinizmi?

23) How are you when you are working under pressure?

Tərcüməsi: Həyatdakı ən böyük uğursuzluğunuz nədir?

24) How would your boss, supervisors and co-workers describe you?

Tərcüməsi: Sizin iş yoldaşlarınız sizi necə təsvir edər?

25) What sort of person do you not like to work with?

Tərcüməsi: Necə bir insanla işləmək istəməzsiniz?

26) What have you done to improve your skills, knowledge in the last year?

Tərcüməsi: Son bir ildə bacarıqlarınızı, savadınızı inkişaf etdirmək üçün nələr etdiniz?

27) Tell me about a challenge or conflict you’ve faced at work, and how you dealt with it.

Tərcüməsi: İşdə qarşılaşdığınız hər hansı bir anlaşılmaz hadisə və bu hadisəni necə idarə etdiyiniz haqqında mənə danışın

28) Do you know anyone that works with our company?

Tərcüməsi: Şirkətimizdə çalışan insanlardan tanışlarınız vardırmı?

29) How long do you want to work for us if we hire you?

Tərcüməsi: Sizi işə götürsək bizimlə nə qədər çalışmaq istəyərsiniz?

30) Are you willing to work overtime?

Tərcüməsi: İş saatından əlavə işləməyi arzulayarsınız?

31) What is your dream job?

Tərcüməsi: Xəyal etdiyiniz iş hansıdır?

32) Describe your work ethic.

Tərcüməsi: Sizə görə iş mədəniyyətini təsvir edin.

33) What other companies are you interviewing with?

Tərcüməsi: Daha hansı şirkətlər sizlə intervyu edib?

34) Are you willing to travel or relocated if necessary?

Tərcüməsi: Əgər lazım olarsa işə görə səyahət edə və ya yaşadığınız yeri dəyişə bilərsinizmi?

35) What was the most difficult decision for you to make?

Tərcüməsi: İndiyə qədər aldığınız ən çətin qərar sizin üçün nə olub?

36) Describe a major goal you’ve set for yourself recently?

Tərcüməsi: Bu günlərdə  özünüz üçün təyin etdiyiniz əsas hədəfi təsvir edin?

37) What will you do if you don’t get this job?

Tərcüməsi: Bu işi əldə edə bilməsəniz  nə edəcəksiniz?

38) What motivates you at the workplace?

Tərcüməsi: İşdə sizi nə motivasiya edir?

39) How do you measure success?

Tərcüməsi: Uğurunuzu necə ölçərsiniz?

40) Describe your management style?

Tərcüməsi: Öz idarəetmə bacarıqlarınızı təsvir edin.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300