KADR İŞİ

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb
18 DEKABR 2017
166

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb

2017-12-18 14:15:00

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Fins.az-a bildirilib ki, sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 22-də saat 17:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı dekabrın 23-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

Qeyd edək ki, DİM tərəfindən qəbul imtahanının birinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanı rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300