KADR İŞİ

Global G.A.P təlimi keçiriləcək
04 OKTYABR
265

Global G.A.P təlimi keçiriləcək

2017-10-04 15:20:00

Qida məhsullarının Təhlükəsizliyi idarəetmə sistemləri və Kənd Təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) üzrə təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Avropanın ən qədim və yüksək reytinqə malik TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkəti ilə birlikdə reallaşdırır. Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı qaydada qeydiyyatdan keçə bilərlər:

  1. Online qeydiyyat vasitəsi ilə http://iqtisadiislahat.org/registration/

  2. (012) 521-28-48, (050) 254-29-27 telefonlarına zəng etməklə, yaxud [email protected]ünvanına yazaraq.

Qeydiyyat 20 oktyabr 2017-ci ilə tarixə qədər davam edəcək.

Ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi,16

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291