KADR İŞİ

Ən baha imtahan hansı vəzifə qrupundadır? – SİYAHI
24 MAY
582

Ən baha imtahan hansı vəzifə qrupundadır? – SİYAHI

2017-05-24 10:25:00

Xəbər verdiyimiz kimi, mayın 23-də Tarif Şurası Dövlət İmtahan Mərkəzinin  həyata keçirdiyi dövlət qulluğu ilə bağlı imtahanların qiymətlərini təyin edib. 

Fins.az Şuraya istinadən xəbər verir ki, ən bahalı test imtahanı AA vəzifə qrupu üzrə olanlardır. Bu imtahanı vermək istəyən şəxslər 110 manat ödəyəcəklər. 

AB qruou üzrə imtahanda iştirak 100 manata, AC qrupu üzrə isə 90 manata başa gələcək. 

Ən ucuz imtahanlar isə CA və DA vəzifə qrupları üzrədir - 10 manat. 

Daha ətraflı cədvəldən öyrənə bilərsiz. 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0035
  • ₽ RUB
    0.0286