KADR İŞİ

Palatada maliyyəçilər üçün seminar keçirildi
23 MAY
339

Palatada maliyyəçilər üçün seminar keçirildi

2017-05-23 09:40:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud potensalın daha da artırılması istiqamətində seminar keçirilib.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində təşkil olunan seminar ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.

Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarəedilməsi üzrə eksperti tərəfindən bu sahədə müşahidə olunan son trendlər, daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə tətbiq olunan proqram yenilikləri və statistik göstəricilər haqqında ətraflı məlumat verilib.

Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində mövcud inkişaf tempi və kiber hücumlara qarşı təhlükəsizlik tələblərinin möhkəmləndirilməsinin zəruriliyini nəzərə alaraq MBNP-nin banklara ünvanladığı təhlükəsizlik tələbləri açıqlanıb.

Daha sonra qeyd olunan mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılaraq, ödəniş xidmətləri sahəsində qarşıda duran prioritet hədəflər iştirakçılara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297