KADR İŞİ

Mühasiblər praktiki təlimə dəvət olunur
22 MAY
449

Mühasiblər praktiki təlimə dəvət olunur

2017-05-22 09:19:00

Kommersiya təşkilatlarında maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təlimdə il ərzində baş vermiş maliyyə təsərrüfat əməliyyatları üzrə tərtib edilmiş mühasibat uçotu registrlərinin (memorial orderlər, baş kitab, dövriyyə cədvəlləri) məlumatları əsasında maliyyə hesabatlarının hazırlanması dinləyicilərə mənimsədiləcəkdir. Siz, kommersiya təşkilatlarında maliyyə hesabatlarının tərtibini mənimsəyərək, iş fəaliyyətinizdə bu hesabatları tərtib edə biləcəksiniz.

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslər kommersiya təşkilatlarında normativ hüquqi aktların tələblərinə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması üçün qoyulan tələblərə hazır olacaqdır.

Təlim proqramı kommersiya təşkilatlarlnda mühasibat uçotunun əsaslarını bilən və bu sahələr üzrə baş mühasib kimi çalışmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Təlim müddəti 5 həftə, ümumi tədris yükü 20 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.

Yekunda dinləyicilərin imtahan nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici serrtifikatı təqdim ediləcəkdir.

Təlimin başlama tarixi: 3 iyun 2017-ci il
Dərs günləri: Şənbə və ya həftə içi
Vaxt: Şənbə günləri: 10:00 – 13.30 və ya 14.00-17.30
Həftə içi: 19.00 - 21.00.

Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.

Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 20 saat
Təlimin ümumi qiyməti – 200 AZN 

Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:

https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/

E-poçt ünvanı: [email protected][email protected]
Əlaqə telefonu: +994124048159

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295