KADR İŞİ

Dövlət qulluğuna qəbulda – YENİ QAYDALAR
11 MAY
1429

Dövlət qulluğuna qəbulda – YENİ QAYDALAR

2017-05-11 14:36:00

Nazirlər Kabineti dövlət qulluğuna qəbul qaydalarına yeni əlavələri  təsdiq edib. Fins.az xəbər verir ki, yeni qəbul qaydaları əvvəlkindən fərqli olaraq namizədlərə daha cox vəzifə seçmək hüququ verir. Əgər əvvəlki qaydalarda inzibati vəzifələrin yalnız 5-ci və 7-ci təsnifatlarına aid olan inzibati vəzifələr müsabiqəyə çıxarıla bilərdisə, yeni qaydalarda 1-ci və 7-ci təsnifatlarda olan inzibati vəzifələr də müsabiqəyə cixarılacaq.

Yeni qaydalarda test tapşırıqlarının 3 növü müəyyənləşdirilib:

1. Qapalı tipli - yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları. Qapalı tipli sualların hər biri 1 dəqiqə 30 saniyə ərzində cavablandırılmalıdır. Qapalı tipli sualların hər birinin doğru cavablandırılması 1 balla,yalnış cavablandırılması və ya cavablandırılması isə 0 balla qiymətləndirilir. Səhv cavab düz cavabı aparmır.

2. Açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları. Açıq tipli test tapşırıqlarının hər biri 2 dəqiqə ərzində cavablandırılmalıdır. Açıq  tipli sualların hər birinin doğru cavablandırılması 2 balla, yalnış cavablandırılması və ya cavablandırılması isə 0 balla qiymətləndirilir. Səhv cavab düz cavabı aparmır.

3. Sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. Bu tapşırıqlar 30 dəqiqə ərzində cavablandırılmalıdır. Esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla qiymətləndirilir.

Yardımçı vəzifələr də müsabiqəyə çıxacaq

Yeni qəbul qaydalarında daha bir yenilik yardımçı vəzifələrin də müsabiqəyə çıxarılmasıdır. Bu isə o deməkdir ki, artıq ümumi orta təhsili olan və Kollec diplomu olan şəxslərdə dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul prosesinə qoşularaq, yardımçı vəzifələr üzrə elan olunan müsabiqədə iştirak edə biləcəklər. Köhnə qaydalarda yardımçı vəzifələrin müsabiqəyə cıxarılması nəzərdə tutulmadığından ümumi orta təhsili və Kollec diplomu olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə dövlət qulluğuna qəbul prosesindən kənarda qalırdı.

Dövlət qulluğunda işləyənlər də imtahan verəcək

Yeni qaydalarda daha bir diqqət çəkən yenilik inzibati vəzifələrin ali təsnifatına aid olan inzibati vəzifələr istisna olmaqla bütün dövlət orqanlarında 1-ci və 7-ci təsnifata aid olan inzibati vəzifələrin və yerli icra hakimiyyətlərində olan inzibati və yardımçı vəzifələr də  müsabiqə vasitəsilə tutulması ilə bağlıdır.

Yeni qaydalarda “Dövlət Qulluğunda Fəaliyyətin davam etdirilməsi” adlı bir bənd əlavə edilib. Bu bənd onu ifadə edir ki, indi dövlət qulluğunda fəaliyyət göstərən şəxslər 5 ildən bir imtahan verərək dovlət qulluğunda fəaliyyətini davam etdirə bilməsi üçün sertifikat almalıdır. Sertifkat 5 il müddətinə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297