KADR İŞİ

Digər ölkələrdə sizinlə eyni işi görənlər nə qədər qazanır?
11 NOYABR
552

Digər ölkələrdə sizinlə eyni işi görənlər nə qədər qazanır?

2016-11-11 08:07:00

Peşəkar ünsiyyət şəbəkəsi Linkedin-in istifadəyə verdiyi maaş müqayisə sistemilə “Həmkarlarınız xaricdə nə qədər qazanır?” sualına cavab tapa bilərsiniz.

İş dünyasının bir-biri ilə ünsiyyət qurduğu Linkedin peşəkar sosial platforması, maaş müqayisəsi funksiyasını stifadəyə verib. İşçilərin özlərilə eyni bacarığa malik olub, eyni işi gördükləri həmkarlarının nə qədər pul aldığını göstərən funksiya ilə maaşlar, sektor ortalaması ilə müqayisə edilə bilir.

www.linkedin.com/salary/ünvanı üzərindən daxil olunan “Linkedin Maaş Müqayisə” funksiyası, hələlik yalnız ABŞ, Kanada və İngiltərəni əhatə edir. Ancaq Azərbaycandakı Linkedin istifadəçiləri maaş müqayisə xüsusiyyəti ilə ixtisas qrupu, təcrübəsi, təhsili və xarici dil bilgisi kimi meyarlara görə, ABŞ, Kanada və İngiltərədə eyni işçilərin illik qazanclarının nə qədər olduğunu öyrənə bilər.

Daha yüksək maaş almaq üçün nə edilməsi lazım olduğu barədə məlumatlar da verən funksiya ilə, məsələn, magistratura oxunması vəziyyətində, bunun maaşda necə əks olunacağı təhlili də təqdim olunur.

460 milyondan artıq istifadəçiyə malik Linkedin-dən edilən açıqlamada, maaş müqayisəsi funksiyasının 2017-ci ildə dünya üzrə istifadəyə verilməsinin planlaşdırdığını bildirib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275