KADR İŞİ

Mühasiblər üçün forum keçiriləcək
08 NOYABR
339

Mühasiblər üçün forum keçiriləcək

2016-11-08 15:51:00

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA: Accountants and Risk Professionals Association) noyabrın 10-da Bakıda Mühasiblər Forumu keçiriləcək. Assosiasiyadan fins.az-a verilən xəbərə görə, forumun mövzusu “Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi”dir.

Forumda yerli və xarici auditor şirkətlərinin nümayəndələri, yerli dövlət qurumları və maliyyə təşkilatları iştirak edir. Ümumilikdə, 100 nəfərin iştirakı gözlənilir.

Forumda eyni zamanda dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, yerli və beynəlxalq məsləhətçi audit şirkətlərinin, universitetlərin təmsilçiləri dəvət edilib.

Forumun gedişində institusional inkişafın təmin olunması istiqamətində boşluqlar, qanunverilicik və reallıqlar, mühasibatlıqda keyfiyyət standartlarının yenidən müəyyən olunması kimi mövzular müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275