KADR İŞİ

HR: Müsahibəyə özümüzlə nə aparmalıyıq? - SİYAHI
18 İYUN
551

HR: Müsahibəyə özümüzlə nə aparmalıyıq? - SİYAHI

2016-06-18 15:47:00

Müsahibəyə hazırlaşırsınız? Sözsüz ki, karyera pillənizin ən önəmli mərhələsindən biri olan bu prosesə biganə yanaşmaq düzgün addım deyil.

Belə ki, hazırda əmək bazarında mövcud gərgin rəqabət fonunda müsahibəyə dəvət edilmisinizsə və işəgötürən şəxslə görüşmək imkanına nail olmusunuzsa bu prosesdən maksimum yararlanmağa çalışın. Beləliklə, karyera baxımından həyatınızın ən önəmli görüşlərindən birinə yollanarkən özünüzlə nələri götürməyi unutmamalısınız:

Rezümenizin və motivasiya məktubunuzun bir neçə nüsxəsi:

Bu sizə bir müsahibə ərzində neçə şirkət nümayəndəsi ilə görüşmək şansı yarandıqda lazım olacaq.

Müsahibə haqqında razılığa gəldiyiniz məsul şəxsin əlaqə nömrələri:

Sizə hər hansı bir şirkət ilə müsahibə təyin edildikdə, razılaşdırılan məkana gəldikdə kim ilə və necə görüşəcəyinizi dəqiqləşdirin. Müsahibə haqqında söhbət apardığınız şəxsin ad və soyadını, vəzifəsini, əlaqə nömrələrini soruşaraq özünüz üçün qeyd aparın.

Eləcə də bax: İş görüşündə edilən ən böyük səhvlər

Layihələrinizin portfoliosu:

Onun köməkliyi ilə öz professional təcrübənizdən daha konkret nümunələr təqdim edə və cavablarınızı daha da zənginləşdirə bilərsiniz.

Sizi tövsiyyə edə biləcək insanların əlaqə nömrələri:

Bununla işəgötürən şəxsin tövsiyyə ilə bağlı verə biləcəyi bütün suallara cavab vermiş olacaqsınız. Lakin bununla yanaşı, sizi tövsiyyə edə biləcək insanların əlaqə nömrələrini siyahınıza və yaxud rezümenizə əlavə etmədən əvvəl onların razılığını almağı və məsələ ilə bağlı xəbərdar etməyi unutmayın.

Eləcə də bax: İş müsahibəsində verməli olduğunuz - 21 SUAL

Vakansiyanın təsviri:

Sözsüz ki, yollandığımız müsahibə haqqında kifayət qədər məlumata sahib oluruq. Lakin vakansiyanın təsviri ilə bağlı məlumatı göz önündə saxlamaqla diqqətinizi saha sürətlə və dəqiq şəkildə toplaya bilərsiniz. Bu sizə əlavə və maraqlı suallar verməyə kömək edəcək və həmin sualları düşünmək üçün əlavə zaman qazandıracaq.

Lakin bütün bu cəhətlərə hazırlaşmaqla yanaşı, müsahibənin digər mərhələrinə də hazırlıqlı yollanmaq məqsədəuyğundur və yuxarıda qeyd etdiyimiz kimi kiçicik biganəlik sizi gələcək arzu və məqsədlərinizdən uzaqlaşdıra bilər.

Aydın məsələdir ki, müsahibə suallar olmadan baş tutmayan bir prosesdir. Bütün müsahibələrdə eyni suallar verilsə də, onları düzgün cavablandırmağı bacarmaq lazımdır. Aşağıda hansı sualları necə cavablandırmalı olduğunuz ilə tanış ola bilərsiniz. Bu məsləhətlər sayəsində öz fərdi cavabınızı hazırlaya bilərsiniz. Doğrunu deməkdən çəkinməyin, özünüz olun, məşq edin və sizdə mütləq alınacaq.

Nəyə görə məhz bu vakansiya ilə maraqlanırsınız?

Qısa olaraq öz təcrübənizdən danışın, daha vacib olan məlumatlara diqqət cəmləyin və lazımsız məlumatlardan qaçın. Təcrübənizin bu vəzifəyə nə kimi yardımları olacağını qeyd edin. Sizin danışığınız sizi məsuliyyətli, ciddi və əməksevər bir namizəd kimi xarakterizə etməlidir. Vacib nailiyyətlər və təcrübələr üzərində vurğu ilə dayanın.

Eləcə də bax: Nəyə görə nəhəng şirkətlərdə işləməyə dəyməz? - SƏBƏBLƏR

Hansı səbəbdən karyeranızı məhz bizim şirkət ilə qurmaq istəyirsiniz?

Şirkətin tələblərini qiymətləndirin və onun üçün nələr edə biləcəyinizi və bu zaman hansı nəticələr əldə edəcəyinizi izah edin. Onların şirkətinin bir parçası, komandanın bir üzvü olmaq istədiyinizi və təcrübələrinizin buna imkan verdiyinizi bacardığınız qədər sübut edin.

3-5 ildən sonra özünüzü kim olaraq və hansı vəzifədə görürsünüz?

Şirkətdə öz işinizi necə təsəvvür etdiyiniz barədə danışın. İşəgötürən ilk maneə ilə üzləşən kimi şirkətdən qaçmayacağınızı bilməlidir. Potensial vəzifə ilə bağlı karyera artımı imkanlarını qeyd edin, hansı ki, həm sizin, həm də şirkətin xeyrinə olacaq.

Eləcə də bax: «Goldman Sachs»da işə qəbul zamanı verilən - 23 SUAL

İşə nə vaxt başlaya bilərsiniz?

Həvəs və çeviklik nümayiş etdirin. Lakin unutmayın ki, bu hələ sizin şirkətə sabahdan etibarən lazım olduğunuz demək deyil.  Cari işiniz varsa, orada bütün işlərinizi tamamlayıb, daha sonradan şirkət ilə vidalaşmalısınız. Yeni rəhbər isə bunu anlayışla qəbul etməlidir. Belə ki, onlar da öz işçilərini itirmişlər. Eyni zamanda, bu sizə ehtiyacı olduqlarını sübut etmiş olacaq.

Unutmayın ki, müsahibədə yalnız siz suallara cavab vermirsiniz. İşəgötürən şəxs də sizin suallara cavab verməlidir. Şirkət barədə düzgün məlumat toplayaraq doğru suallar seçə bilərsiniz.

Mənbə: banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272