KADR İŞİ

BP-də azərbaycanlı vitse-prezident
08 İYUN
307

BP-də azərbaycanlı vitse-prezident

2016-06-08 15:07:00

BP-nin hazırda Səngəçal terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur. 

BP-dən Fins.az-a verilən məlumata görə, yeni vəzifəsində Z. Paşayev BP-nin qlobal əməliyyatlar təşkilatının, həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı əməliyyatların  təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Z. Paşayev BP-nin digər regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271