KADR İŞİ

Uğurlu işçilərin - 8 fərqi
03 İYUN
380

Uğurlu işçilərin - 8 fərqi

2016-06-03 17:02:00

“Necə karyera edək?”

“Digərlərindən necə fərqlənməliyəm?”

“Karyera artımımı necə sürətləndirə bilərəm?”

“Müvəffəqiyyətli işçiinin əsas xüsusiyyətləri nələrdir?”

Peşəkar karyera mövzusunda olan bu sualları mən mütəmadi olaraq həm tələbələrdən, həm də gənc mütəxəxssislərdən və idarəçilərdən alıram.

Karyerasını ən alt vəzifələrdən başlayan və bütün mərhələləri ancaq öz bilik, bacarıq və keyfiyyətləri hesabına keçən bir insan olaraq mən bu məsələlərdə təcrübəmi paylaşmaq istəyirəm. Bu məqalənin yazılmasında mən həm karyera yolumu yadıma saldım, həm də ümumi idarəçilik və konsultant təcrübələrimi yadıma saldım.

Bu məqalədə yazılan hər bir maddə bu tərzdə yazılıb :

  • Müvəffəqiyyətli və müvəffəqiyyətsiz işçilər nələr edirlər;
  • Onları fərqləndirən nədir;
  • Lazım olan keyfiyyətləri inkişaf etdirmək və bunlaya yiyələnmək üçün nə etməli?

Beləliklə…. müvəffəqiyyətli işçini müvəffəqiyyətsiz olandan fərqləndirən nədir? 

1.Karyera məqsəd və planları

Uğurlu işçilərin ümumi karyera məqsəd və planları var; uğursuz olanlar isə axınla getməyi tərcih edirlər. “Gələcək üçün məqsədlərin nədir?” kimi sadə bir suala bir çox insan dəqiq və aydın cavab verə bilmir.

Karyera məqsədləri olan və olmayan əməkdaşlar arasında fərq çox ciddi hiss edilir.  Məqsədləri olanın güclü daxili motivasiyası olur; onlar uğursuzluqla qarşılaşanda ruhdan düşmürlər; bu insanları işlərindən ayırmaq və diqqətlərini yayındırmaq çətindir. Məqsədləri olan insan inkişaf üçün ARTIQ həvəsləndirilmiş vəziyyətdədir. Ən əsası : dəqiq məqsədləri olan işçinin bir çox hallarda eyni dəqiqliklə hazırlanmış karyera və inkişaf planı da olur və bu plana görə o hansı ardıcıllıqla hansı bilik, bacarıq və keyfiyyətlərini hansı alətlər vasitəsi ilə gücləndirəcəyini artıq bilir.

Uğurlu əməkdaşın əlində getdiyi yolu ölçmək üçün güclü bir xətkeşi var – onun məqsədləri.

Məqsədləri olmayan insan isə dəniz dalğaları və külək istiqaməti ilə suda çalxalanan əşya parçası kimidir : hara külək əssə və ya dalğalar hara aparsa, ora da gedəcək.

Nə etməli?

Gələcək haqqında düşünmək və karyera məqsədlərini dəqiq müəyyənləşdirmək və bunlara uyğun plan hazırlamaq.

Məqsədlərinizi ÇOX böyük təyin edin. Bir suala cavab verin : “10 il sonra mən kim və harda olmaq istəyirəm?” 10 il sonra olacaq obrazda insanın hansı biliklərə, bacarıq, təcrübə  və xüsusiyyətlərə malik olmasını düşünün və yazın.

Daha sonra isə inkişaf planınızı hazırlayın – 1 illik. Nələr oxuyacağınızı, kimlərlə ünsiyyətdə olacağınızı, hansı təcrübələri hardan və kimlərdən alacağınızı qeyd edin. Daha sonra isə bütün bunları gündəlik və həftəlik işləriniz siyahısına salın.

Gedəcəyiniz ən uzun yol belə kiçik addımlardan ibarətdir. Hər gün karyera yolunuz üçün bir addım atın.

2.Dəyişikliklərə açıqlıq

Müvəffəqiyyətli işçilər firmada dəyişikliklər, reform və yeniliklərə açıqdırlar. Müvəffəqiyyət əldə edə bilməyənlər isə daha konservativ insan olduqlarına görə alışdıqları həyat tərzinə bağlıdırlar və komfort bölgələri kənarına çıxa bilmirlər.

Bütün şirkətlər müəyyən aralıqlarla reformlar və dəyişikliklər edirlər. Bu yeniliklərin həyata keçirilməsinin müxtəlif səbəbləri var : lokal və ya reqional böhranlar, istehlakçı davranışlarında dəyişikliklər, rəqbətin güclənməsi, şirkətin yeni idarəçilik tərzinə keçməsi vs. Bu reformların icra edilməsi mövzusunda qərar verən şirkət rəhbərliyi təbii ki, bunların artıq şirkəti tanıyan insanlar tərəfindın aparılmasının tərəfdarıdırlar. Bütün bu dəyişiklilər çətinliklə icra edilir, ancaq şirkətin ayaqda durması, rəqabət gücüün artırılması üçün bunlar vacibdir. Ən yaxşı işçilər taktiki və stratejik dəyişikliləri daha tez və daha istəkli qəbul edilər.

Şəxsən reformların icra edilməsi və ya müasir idarə etmə sistemilərinin tətbiq edilməsi mövzusunda idarə etdiyim şirkətlərdə komanda 2 hissəyə bölünürdü : reformatorlar və “köhnələr”. Bütün dəyişikliləri qəbul etməyən, onlara müqavimət göstərən konservatorlar olurdu. Bu tip insanlara yanaşma standart ardıcıllıqda olur : yeniliklər onlara başa salınır; onları inandırmaq üçün zaman və enerji xərclənir; onlara zaman verilir. Daha sonra isə şirkət bu insanlarla yollarını ayırmaq məcburiyyətində qalır.

Nə etməli?  

Dəyişiklilərə açıq olmaq, şirkət rəhbərliyinin aldığı reformlar mövzusunda yeni biliklər əldə etmək və heç bir zaman yenilliklərə subyektiv yanaşmamaq, bu reformlara qarşı çıxan insanlara qruplaşmamaq.

3.Təşəbbüs nümayiş etmə

Müvəffəqiyyətli işçilər təşəbbüs göstərirlər; müvəffəqiyyətsiz olanlar isə öz üzərlərinə əlavə iş almamaq üçün kölgədə qalmağı seçirlər.

Klassik vəziyyət : yeni bir layihə başlayacaq. Bu layihə üzərində işləmək üçün insan işdə keçirdiyi zamandan əlavə zaman xərcləməlidir. Iclasda sual verilir – bu işi kim etmək istəyir? Gözlərini kənara çəkən, rəhbərin üzünə baxmaqdan qaçınan insanları heç kim işi icra etməyə məcbur etmir, ancaq bunların fonunda təşəbbüskar və əlavə zaman və enerji xərcləmək insanlar kəskin şəkildə seçilirlər.

Nə etməli? 

Hər zaman təşəbbüs göstərin və üzərinizə yük almaqdan qaçınmayın. 25 illik iş təcrübəm var və heç bir zaman əlavə işlər etmək, iş saatlarından sonra 2-3 saat əlavə qalıb işləmək, bəzən həftəsonlarında, bəzənsə gecələri işləməkdən heç bir zərər görməmişəm. Sizin üçün əlavə hər iş, gərginlik, komfort zonanızdan Sizi çıxaracaq hər bir iş sizin inkişafınız deməkdir. Digər insanlardan olan fərqi nümayiş etdirməklə bərabər təşəbbüskar və aktiv şəkildə davranan insan həm də şirkətə qarşı sadiqliyini və qurban verməyə hazır olduğunu da göstərmiş olacaq. Bir müddət sonra isə şirkətdə idarəçi vakansiyası olanda, rəhbərliyin yadına ilk öncə sadiqliyini və şirkətə bağlılığını göstərmiş insanlar gələcək. 

4. Uğrusuzluqlara qarşı dözümlülük

Müvəffəqiyyətli işçilərin uğursuzluqlara qarşı yanaşması belədir : öz səhvlərimi bir daha gözdən keçirim və işimə davam edim. Müvəffəqiyyətsiz olanlar isə tez ruhdan düşürlər və geri çəkilirlər.

Heç kim hər zaman haqlı olmur. Xüsusiyyətlə də karyeraya yeni başlayanda. Hər bir insanın uğursuzluqları və səhvləri olur. Bəzi insanlar səvləri analiz edərək yollarına davam edirlər və heç bir zaman buna görə ruhdan düşməzlər. Onlar anlayırlar ki, insanın reputasiyasına səhvləri zərər vermir : insan reputasiyasına səhvi görməmək və onun üzərində öyrənməmək mənfi təsir göstərir.

Unutmayın! Səhv etmək və onu qəbul etmək biri birindən fərqli məsələlərdir. Səhvin mövcud olması normaldır, onu qəbul forması isə ayrı mövzudur.

Mənim bütün idarəçilik təcrübəmdə səhv edən insanları çox görmüşəm. Hərkəs səhv edir. Səhvi qəbul etmə formasına görə isə insanları ayırmaq olar : kimisi səhvlərini qəbul etmir və hətta onları danır, kimisi isə səhvləri üzərində işləyir və onları aradan qaldırır.

Nə etməli?

Səhv etməkdən, uğursuzluqdan qorxmayın. “Forbes” jurnalı araşdırmalarına görə ən yaxşı idarəçilər olaraq seçilən bütün şirkət rəhbərləri səhvlər ediblər və onlar öz çıxışlarında bu səhvləri haqqında danışırlar. Səhvlərinizi diqqətlə analiz edin, səbəbini tapın, bir daha olmaması üçün qərarlar alın və yolunuza davam edin.

5.Şəxsi effektivlik texnikaları

Müvəffəqiyyətli işçilər şəxsi effektivlik texnikalarına hakimdirlər və daim onlar inkişaf etmək üçün çalışırlar. Müvəffəqiyyətsiz işçilər isə “hərkəs kimi” işləyirlər.

Effektiv işçi ancaq öz gündəlik işləri və birbaşa vəzifə öhdəlikləri üzərində işləyən insan deyil- o həm də öz gələcək planları və işləri üçün də zaman tapır və daim inkişaf edir.

Bu günlərdə belə, müxtəlif vəzifələrdə olan insanlarla və idarəçilərlə işləyərək mən hamısına bir sual verirəm : “mənə standart bir gününü danış və nələr etdiyini anlat”. Bir çox hallarsa görüşdüyüm insanların iş gününü 40-60 %-ı qeyri effektiv keçir : insan  öz işlərini daha qısa zamanda və daha da məhsuldar keçirə bilərdi. Belə edən insanın əlavə layihələr, işlər və  peşəkar və karyera inkişafı üçün zamanı da olacaq.

Nə etməli?

Özünüz üçün bir illik məqsəd müəyyən edin : 12 ay ərzində 12 yeni şəxsi effektivlik texnikasına malik olmaq. Hər ay yeni bir vərdiş.

Sadə misal : düşünün ki, 10 barmaq çap etmə texnikasına malik olan insan hər gün 20 dəqiqə zamana qənaət etmiş olacaq. Cəmi 20 dəqiqə. Ilk baxışda çox az zaman kimi gəlir insana.

Gündə 20 dəqiqə.

Ildə 250 iş günü olduğunu düşünək.

Bir ildə 5.000 əlavə dəqiqə = 83 saat.

Bir saatda 30 səhifə kitab oxunmsa, bu bir ildə 2500 səhifə, yəni 20 kitab deməkdir.

Düşünün – sadəcə bir vərdiş bir gündə 20 dəqiqə qənaət versə Sizə ildə 10 kitab hədiyyə etmiş olacaq!!!

İndi isə bir il sonra 12 vərdişə malik olduğunuz düşünün.

6. İntizam

Müvəffəqiyyətli işçilər bütün mövzularda disiplinlidirlər : işə gecikmədən başlayaraqrəhbəri tərəfindən verilən tapşırığın zamanında təhvil edilməsi üçün gecə səhərəqədər yatmamağa qədər. Müvəffəiyyətsiz olanlar isə hər zaman öz gecikmələri və yaişi zamanında çatdırmadıqları üçün “layiqli” bir bəhanə tapa bilərlər.

Şəxsi effektivlik texnikalarını bilmək vacibdir. Məsələ ancaq bilməklə məhdud deyildir. Əminəm ki, mənim səsləndirəcəyəim bu texnikaların böyük hissəsi bilinir. Məsələ bunlara hakim olmaqda deyil – vacib olan odur ki, bunları hər gün, hər həftə və hər ay tam vərdiş olaraq bizdə formalaşana qədər durmadan icra etmək lazımdır.  

Disiplin, hər bir müvəffəqiyyətin üzərində qurulduğu çox mühim bünövrədir. Disiplinsiz insan təsadüfi şəkildə uğurlu ola bilər, ancaq ilk silkələnmədə bir daha qalxmamaq üçün düşəcək.

Hər zaman BÜTÜN əməkdaşlarıma demişəm : bir işi görmək istəməyən insan bunun üçün 1000 bəhanə tapa bilər, ancaq işi icra etmək üçün lazım olan ancaq GÜCLÜ İSTƏKTİR.

Nə etməli? 

Qısaca – intizamlı olmaq lazımdır.

7. Daimi inkişaf

Müvəffəqiyyətli işçilər daim inkişaf edirlər;  digərləri isə ancaq rəhbərliyin təzyiqlərialtında dəyişirlər və bu zaman belə müqavimət göstərirlər.

Müasir və böyük sürətlə inkişaf edən və dəyişən dünyada  ən böyük və ən güclülər qalib olmurlar – artıq ən sürətlilər ön plana çıxırlar. Karyera və peşəkar inkişaf baxımında sürətli olmaq o deməkdir ki, daim inkişaf etmək, irəli getmək, aktiv, aqressiv və dinamik olmaqdır.  

Karyeramızda bizim gəlir mənbəyimiz biliklərimizdir və bilik səviyyəmizi, bacarıq və xüsusiyyətlərimizi gücləndirmədiyimizdə zaman keçdikcə geriləmiş olacayıq.

Son 5 il ərzində inkişa etməyən insan gördüyümdə “Niyə inkişaf etməmisən bu zaman ərzində?” sualını verirəm. Aldığım cavab qarşımda necə insanın olduğunu dərhal göstərir. Müvəffəqiyyətsiz insan “Şirkət məni inkişaf etdirmədi. Mən də belə qaldım” deyir. Müvəffəqiyyətli işçi isə öz peşəkar inkişafı haqqında şirkətin üzərində olduğunu düşünmədən özü özünü inkişaf edir və bunun üçün zaman, enerji və maddi vəsait ayırır.

Nə etməli?

Məqsədlərinizə görə bir illik inkişaf planı hazırlayım, bu planı aylara görə böldükdən sonra ayları həftələrə və günlərə bölün və hər gün inkişafınıza zaman ayırın.

Çox vacib məqamı unutmayın :  ən uzun yol belə addımlardan ibarətdir. Siz öz inkişafınız üçün hər gün heç olmasa bir addım atmalısınız.  

8. Müsbət olma

Müvəffəqiyyətli işçilər hər zaman müsbətdirlər; digərləri isə bu xüsusiyyətləri ilə seçilmirlər. Uğurlu insanlar müsbət enerjiləri isə digər insanları da canlandırırlar vəruhlandırırlar.

Bu insanların müsbətliyi gülümsəmələri və  əl sıxmalarından öz fikirlərini ifadə etmələrinə qədər hər anlarında görünür. “Həyat niyə ədalətli deyil?” və “Niyə mənim planlarım alınmır?” kimi sualları daim özlərinə vermirlər. Müvəffəqiyyətli əməkdaşlar az şikayət edərək çox işləyirlər; digərlərinin isə hər zaman bəhanə və şikayətləri var.

Eyni mövzu  haqqında 2 ayrı insan çox fərqli münasibət bildirə bilərlər.

Belə bir vəziyyət düşünün. Şirkətdə yeni müştəri xidmətləri sistemi qurulur.

Müsbət düşünən insan “Çox yaxşı, bu həm şirkəti inkişaf edəcək, həm mən yeni sahələrlə tanış olmuş olaram” kimi düşündüyü halda, mənfi tərzdə olan “Niyə lazım idi ki bu yeni sistem? İndiyə qədər işlədiyimiz yaxşı idi axı” kimi düşünərək ətrafdakı insanlara da neqativ enerjisini vermiş olacaq.

Nə etməli?

Optimist olun. Müsbətliyiniz hər hərəkətləriniz və sözünüzdə özünü göstərməlidir. Bu məqaləmi oxuyun, gününüzə müsbət başlamaq üçün faydalı olacaqdır.

İndi isə müvəffəqiyyətli bir insanı təsəvvür edək və ətrafdakı insanlar, həmkarları  və  rəhbərliyi gözlərində  necə göründüyünü görək.

Onun karyera məqsədləri var. O, 10 il sonra harda və kim olacağını bilir və buna görə onu bu məqsədinə doğru aparacaq işlərə də çox zaman və enerjisini ayırır. Bu insandəyişiklilərə açıqdır və hər zaman bunları ilk öncə özündə başlayır. Təşəbbüskardır və onun inkişafına dəstək olacaq layihələri görəndə onları öz üzərinə alır. Bu insanuğursuzluqlardan qorxmur. Onun üçün uğursuzluq səhvləri analiz etmək, təkrar düşünmək, qərarlar almaq və yola davam etmək deməkdir. O şəxsi effektivliktexnikalarına hakimdir və işləri həm operativ şəkildə icra edir. Həmkarlarının 8 saata etdiyi işi bu insan 5 saatda edir və beləliklə də öz inkişafı və ya yeni işlər və layihələr üçün 3 əlavə saatı olur.  Bu insan disiplinlidir və nahardan sonra eyni səmərəliliklə işləməyə özünü məcbur edə bilir; hər gün ruhdan düşmədən ön inkişafı üzərində işləyən bu insan digərlərindən disiplini ilə çox fərqlənir.  O, həm də daim inkişaf edir, çünki anlayır ki, karyera inkişafı üçün daim yeni bililləklər almaq lazımdır. Bu insan həm də müsbətdir və onun ətrafında olanlar onun enerjisi qidalanırlar.

Belə olanda Siz rəqbiləriniz arasında çox seçiləcəksiniz.  Güclü peşəkar uzaqdan görülür.

Müəllif: Fəxri Ağayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271