KADR İŞİ

İş müsahibəsində verməli olduğunuz - 21 SUAL
10 MAY
1234

İş müsahibəsində verməli olduğunuz - 21 SUAL

2016-05-10 12:41:00

İşə düzəlmək asan proses deyil. Uğurlu namizədlər təkcə özlərini baha «satmır», həm də düzgün suallar vasitəsilə, işə düzəldikləri şirkəti də qiymətləndirə bilirlər.  Yadda saxlamaq lazımdır ki, hər bir söhbət, hətta işə düzəlmə üçün namizədlə söhbət də qarşılıqlı qiymətləndirmədir.

Ona görə də, HR-me¬ncer soruşanda ki, «hər hansı sualınız var?», bundan istifadə etmək lazımdır. Belə ki, artıq elə bu mərhələdə dəqiqləşdirmək lazımdır ki, sizin hədəfləriniz şirkətin hədəfləri ilə üst-üstə düşürmü, ümumiyyətlə burada işləməyə dəyərmi? 

Fins.az iş müsahibəsi zamanı namizədin verməli olduğu sualların siyahısın təqdim edir. Əgər söhbət zamanı bu suallara cavab səslənməyibsə, onlar hökmən vermək lazımdır. Bu suallar nəinki şirkət və təklif olunan vəzifə barədə məlumat almağa imkan verər, üstəlik, söhbəti aparan HR-menecerdə namizəd barədə müsbət rəy də yaradar. 

1. Sizin fikrinizcə, bu vəzifəyə ideal namizəd necə olmalıdır? Məni onunla müqayisədə necə qiymətləndirirsiniz?

Bu sual başa düşməyə imkan verəcək ki, potensial işə götürə kimi axtarır və bu yeri tutmaq üçün mübarizə aparmağına dəyərmi.

2. Mən kimə və hansı formada hesabat verəcəm? Bu şəxslər həmin şöbədə çalışırlar, yoxsa başqasında?

Əgər siz bir neçə nəfərin tabeliyində işləyəcəksinizsə, bunu əvvəlcədən bilməyiniz lazımdır. Üstəlik, imkan varsa, həmin şəxslərlə əvvəlcədən, qərar qəbul etməkzdən əvvəl  tanış olmaq. 

3. Bu vəzifədə çalışanın öhdəlikləri necə dəyişib?

Bu sualın cavabı başa düşməyə imkan verəcək ki, namizədi burada hansı perspektivlər gözləyir - bu vəzifədə inkişaf var, yoxsa karyera üçün əsl «dalandır».

4. «Zəhtəm olmasa, şirkətin fəlsəfəsi və mədəniyyəti barədə danışın».

Bu sual şirkətdəki korporativ etiket və burada işçinin maraqlarının hansı yeri tutduğunu açıqlayacaq. 

5. Sizin əsas rəqibləriniz kimlərdir? Siz onlardan nə ilə yaxşısınız?

Bu, bir qədər xoşagəlməz sualdır. Amma o sual göstərir ki, siz şirkətin hədəflərinə çatması barədə düşünür və buna nail olmaq üçün necə faydalı olacağınızı fikirləşirsiniz.

6. Mənim peşəkarlığımla bağlı şübhəniz varmı?

Bu sualı verməklə, namizəd bir qədər zəif vəziyyətə düşür, əvəzində nümayiş etdirir ki, özünə əmindir və özünün zəif tərəflərini müzakirə etməyə hazırdır.

7. Bu işdə sizin ən çox xoşladığınız nədir?

Bəli, səhv oxumadınız - namizəd bu sualı onunla söhbət aparan HR menecerə verir. Bu çox mühüm sualdır. Əvvəla, bu sual namizədlə söhbət aparan şəxs arasında dostluq münasibətinin yaranmasına imkan verir. Bundan başqa, adətən müsahibə aparan şəxslər də bildikləri məsələlər, o cümlədən özləri barədə danışmağı xoşlayırlar. Nəhayət, bu sualın köməyi ilə bu şirkətdə işləməyin üstünlükləri barədə daha çox məlumat almaq olar. 

8. Bu işdə mən hansı problemlərlə qarşılaşa bilərəm?

Əgər HR-menecer heç bir problemin olmayacağını deyirsə, bu - həyacan siqnalıdır - ehtiyatlı olmaq lazımdır. 

9. Bu şirkətin əməkdaşları əvvəllər necə uğurlara nail olublar?

Bu sualın ideyası ondan ibarətdir ki, namizəd bu sual vasitəsilə öyrənir ki, şirkətin uğuru dedikdə nə nəzərdə tutulur. 

10. Əgər məni işə götürsəniz, iş günüm necə keçəcək?

Bu suml bir tərəfdən göstərir ki, namizəd dərhal işə başlamağa hazırdır. Digər tərəfdən bu sualın cavabı – işçinin gündəlik öhdəlikləri və vəzifələri barədə daha deniş məlumat verməlidir. Bundan sonra namizəd fikirləşə bilər ki, bütün bunar onun üçün maraqlıdırmı?

11. Sizin şirkətə hansı işçilər uğur qazanırlar? Yaxşı nəticələr əldə etmək və karyera yüksəlişi üçün hansı xüsusiyyətlər vacibdir?

Bu sual müsahibə götürənə göstərir ki, namizəd karyera yüksələşi ilə maraqlanır. Eləcə də namizəd bu vəzifəyə nə qədər uyğun gəldiyini müəyyənləşdirir. Müsahibə götürən HR-menecer uğur qazananları təsvir edərkən namizəd bu obrazı özü ilə müqayisə etməlidir. 

12. Kiminləsə müsahibə nəzərdə tutulub?

Sizi gələcək kolleqalarınızla görüşdürməyi təklif edirlərsə,bu, şirkət üçün uğurlu komanda işinin vacibliyini göstərir. Lakin əgər müsahib sizi daha 4 müsahibənin gözlədiyini söyləyirsə, bu da vacib məlumatdır.

13. Müsahibə çərçivəsində gələcək müdirim və ya tabeli şəxslərdən kiminləsə görüşmək imkanım olacaq?

Potensial rəhbərlik və ya kolleqalarla görüş çox vacib sayıla bilər. Əgər belə imkan yaradılmasa, bu, o qədər də yaxşı göstərici deyil. 

14. Sizdə əməkdaşların işinin qiymətləndirilməsi necə aparılır?

Şirkətin öz işçilərinin effektivliyini ölçməsi barədə məlumatlı olmaq vacibdir. Bu, karyera nərdivanında irəliləmək üçün nə etmək lazım olduğunu bilməyə kömək edəcək. Bundan başqa, işə götürənlə sizin qiymətləndirmə metrodlarınızın nə qədər üst-üstə düşdüyünü bilmək maraqlıdır. 

15. Bu, yeni vəzifədir? Əgər deyilsə, məndən əvvəlki işçi hansı səbəbdən işdən ayrılıb?

Bu, o qədər asan sual deyil, lakin qeyri-adi sual da deyil. Bu sualla siz analitik qabiliyyətli ağıllı insan təsəvvürü yaradacaqsınız. Əgər məlum olsa ki, sələfiniz vəzifə yüksəlişinə gedib, bu da faydalı məlumatdır. 

16. Şirkətin yaxın 3 ildə gələcəyini necə görürsünüz və bu vəzifəyə gələn işçidən bu inkişafa hansı töhfə verməsini gözləyirsiniz?

Bu sualla siz geniş düşüncəli olduğunuzu və onun uğurunda rol oynamaqla şirkətdə uzun müddət qalmaq istədiyinizi göstərəcəksiniz.

17. Mən sizin direktor barədə “X” jurnalında oxudum. Bu barədə daha ətraflı danışa bilərsiniz?

Bu sual sadəcə sizin şirkətin biznesində həqiqətən maraqlı olduğunuzu və müsahibəyə hazırlaşmağa tənbəllik etmədiyinizi göstərəcək.

18. Şirkətinizdən kadr axını yüksəkdirmi və bunun qarşısını almaq üçün nə edirsiniz?

Bu sual vaxtından əvvəl verilmiş kimi görünsə də, sualı vermək lazımdır: bu, onu göstərir ki, siz iş şərtləriniz barədə öncədən düşünürsünüz.

19. Sizin qərar verməyinizi asanlaşdırmaq üçün nə edə bilərəm?

Bu, çox sadə sualdır, sualı verərkən arxayın ola bilərsiniz – siz, sizdən asılı olanı etdiniz. Bundan başqa, siz nəzakətli şəkildə fəallığınızı və həvəsinizi nümayiş etdirəcəksiniz.

20. Müsbət cavab aldığım təqdirdə bu barədə nə vaxt mənə məlumat verəcəksiniz?

Tarixlər barədə məlumat çox vacibdir. 

21. Necə düşünürsünüz, hər hansı vacib məsələ barədə sual verməyi unutmamışam ki?

Bu, topu qarşı tərəfə ötürmək imkanı verən yaxşı tamamlayıcı sualdır. Bundan başqa, sizin öncədən haqqında düşünmədiyiniz suallara cavab almaq imkanınız olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274