İKT

Redmi 8-in özəllikləri təqdimatdan əvvəl açıqlandı
10 OKTYABR
58

Redmi 8-in özəllikləri təqdimatdan əvvəl açıqlandı

2019-10-10 10:10:00

Redmi 8-in özəllikləri barədə məlumat şəbəkəyə sızdı.

Fins.az xəbər verir ki, bu yaxınlarda Redmi 8A təqdim edildi, sabah isə yeni ucuz Redmi 8 smartfonunun təqdimatı keçiriləcək. İstehsalçı anonsu gözləmədən cihazın əsas özəllikləri haqqında məlumat təqdim edən promo-saytı işə salıb. Orada yeni cihazların dizaynını qiymətləndirmək üçün şərait yaradılıb.

Təqdim olunan görüntülərə görə, Redmi 8 əvvəlki versiyasından ekranın ətrafındakı çərçivələri incəldəcək. Ehtimal edilir ki, yeni cihaz ikili əsas kamera ilə təchiz olununan arxa hissəsindən Redmi Note 8 Pro ilə oxşar olacaq. Kameranın aşağısında barmaq izi skanerinin yerləşəcəyi bildirilir.

Şayiələrə əsasən, Redmi 8 Pixel 3-də olduğu kimi, Sony IMX363 sensoru olan ikiqat 12 Mp kamera, səkkiz nüvəli Snapdragon 439 prosessoru, 5000 mAh. batareya ilə təchiz olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır