İKT

HTC-nin yeni rəhbəri şirkətin uğursuzluğunun əsas səbəblərini açıqladı
10 OKTYABR
59

HTC-nin yeni rəhbəri şirkətin uğursuzluğunun əsas səbəblərini açıqladı

2019-10-10 10:00:00

HTC şirkəti premium smartfon bazarına qayıtmaq niyyətindədir, bu barədə HTC-nin rəhbəri İv Maytres bildirib.

Fins.az xəbər verir ki, yeni icraçı direktorun sözlərinə görə, şirkət vaxtilə lazımi yolla getmədiyinə görə bir neçə ildir ki, ziyana uğrayır.

Maytres qeyd edib ki, virtual reallığa tərəf istiqamətləndirmə səhvdir, çünki bu texnologiya kütləvi hal almayıb.

Hələ TechCrunch jurnalistləri ilə müsahibədə HTC-nin yeni rəhbəri qeyd edib ki, şirkət smartfonlarına yenilik gətirməyi dayandırıb, rəqiblər isə əksinə smartfonlar üçün texnologiyaları fəal şəkildə inkişaf etdirməyə başlayıblar.

HTC-nin rəhbəri şirkəti istiqamətləndirmək niyyətindədir və vaxtı ilə ən iri smartfon istehsalçısı indi zəngin regionlar üçün işləyərək, premial seqmentə qayıtmağa çalışacaq.

Maytres müsahibədə ilin sonuna qədər HTC-nin öz sinfində ən yaxşı olacaq yeni smartfonunu nümayiş etdirəcəyini vəd edib. Yeni smartfon haqqında başqa detallar hələ yoxdur.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır