İKT

Google qəbiristanlığında neçə ölü var?
09 OKTYABR
144

Google qəbiristanlığında neçə ölü var?

2019-10-09 17:12:00

Google "öz xidmətlərinin qatili" kimi tanınıb.

Fins.az xəbər verir ki, bu illər ərzində şirkət Picasa foto redaktoru, Inbox e-poçt müştərisini, Google+ sosial şəbəkəsini, Allo messencer və YouTube Gaming platforması da daxil olmaqla bir çox məhsulunu bağlayıb. Bütün bağlanmış xidmətləri toplayan Google Graveyard saytında ("Google Cemetery") artıq 180 layihə yığılıb.

Google-un Seattle-dakı işçiləri Halloween-dən öncə bu titullarını ironiya ilə qeyd ediblər. Şirkətin ofisinin girişində, qəbiristanlıq şəklində bir bəzək yaradıblar. Hər qəbir daşına Google-un bağlanmış xidmətlərini yazıblar.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır