İKT

Flaqmanların qatili OnePlus 7T Pro oktyabrın 15-də təqdim olunacaq
09 OKTYABR
128

Flaqmanların qatili OnePlus 7T Pro oktyabrın 15-də təqdim olunacaq

2019-10-09 17:11:00

Sentyabrın 26-da OnePlus Hindistanda keçirdiyi mətbuat konfransında OnePlus 7T smartfonunu təqdim edərək, həmçinin OnePlus 7T Pro-nun böyük versiyasını da nəzərə çarpdırılmadan göstərmişdi.

Fins.az xəbər verir ki, indi rəsmi olaraq, OnePlus 7T və OnePlus 7T Pro smartfonları oktyabrın 15-də Çində Pekin Olimpiya Universitetinin stadionunda anons ediləcəyi təsdiqlənib.

OnePlus 7T Pro 6,65 düym göstəricili 1440x3100 piksel diaqonal ekranlı 90-Hertz AMOLED ekranı ilə təchiz olunacaq. O, birkristallı Qualcomm Snapsragon 855 Plus vahid sisteminin bazasında inşa ediləcək, 12 GB RAM və 512 GB-a qədər fləş yaddaş alacaq.

Smartfonun əsas kamera modulları şaquli olaraq yerləşdiriləcək. Kamerada Sony IMX586-nın əsas görüntü sensoru, 120 dərəcə super geniş bucaqlı obyektiv və 16 Mp teleobyektiv istifadə olunacaq. Ön 16 Mp kamera hərəkətlidir.

Ağıllı telefon 4085 mAh. tumlu batareya alacaq. Batareya Warp Charge 30T-nin sürətli enerji toplama texnologiyasını dəstəkləyəcək.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır