İKT

Microsoftdan İran xəbərdarlığı
07 OKTYABR
65

Microsoftdan İran xəbərdarlığı

2019-10-07 11:32:00

ABŞ-ın texnologiya nəhəngi Microsoft-dan İran tərəfindən dəstəklənən hakerlərin 2020 prezident seçkilərinə yönələn fəaliyyətlərinin aşkarladığı bəyan edilib.

Fins.az xəbər verir ki, şirkətin veb-saytında paylaşılan açıqlamada "Bu yaxınlarda İran hökuməti ilə əlaqəli olduğunu düşündüyümüz Fosfor (Phosphorus) olaraq adlandırılan qrupa aid əhəmiyyətli kiber fəaliyyətlər müşahidə etmişik”, - deyə bildirilib.

Açıqlamada avqust-sentyabr ayları arasındakı 30 günlük müddət ərzində Fosfor-un Microsoft istifadəçilərinin e-poçt hesablarını təyin etmək üçün 2 min 700-dən çox cəhd, daha sonra isə 241 hesaba kiberhücumu etdiyinin aşkarlandığı bildirilib.

Hədəf hesabların ABŞ prezident seçkiləri, ABŞ-ın indiki və keçmiş hökumət rəsmiləri, qlobal siyasətlə maraqlanan jurnalistlər və İrandan kənarda yaşayan iranlılarla əlaqəli olduğu qeyd edilib.

"Bu məlumatları özəl sektor olaraq, demokratik prosesləri pozmaq səylərinə dair şəffaf olduğumuzu göstərmək baxımından önəmli hesab etdiyimiz üçün paylaşırıq. Bu mövzuda daha diqqətli olmalı və təhlükəsizlik üçün lazımi addımlar atmalıdır", - deyə Microsoft-dan bildirilib.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır