İKT

Kütlə içərisindən insanları müəyyən edə bilən 500 meqapiksellik kamera
03 OKTYABR
111

Kütlə içərisindən insanları müəyyən edə bilən 500 meqapiksellik kamera

2019-10-03 17:53:00

Çinin Fudan Universiteti (Şanxay) və Çin Elmlər Akademiyası nəzdində Çançun Optika, Dəqiq Mexanika və Fizika İnstitutunun alimləri 500 meqapiksellik “superkamera” hazırlayıblar.

Fins.az-ın məlumatına görə, sözügedən kamera kütlə içərisindən insanların üzlərini detalları ilə çəkmək və onu tanımaq imkanına malikdir. Çin bu kameranı “milli müdafiə” və “ictimai təhlükəsizlik” məqsədilə istifadə edəcək.

Bildirilir ki, kamera inanılmaz təsvir keyfiyyətinə malik, kütlə içərisində insanların üzlərinin aydın görünəcəyi panoramik şəkillər çəkə bilər. Sistem onlar haqqında məlumatları buluda ötürür, bunun sayəsində konkret hədəfi tez tapmaq mümkün olur.

Kamera hərbi bazalarda, peyklərin işə salınması üçün meydançalarda və sərhədlərin mühafizəsində istifadə olunacaq.

Ekspertlər isə bu ixtira haqqında müsbət fikirdə deyillər. Onlar bu sistemin dövlətə sakinlərin şəxsi həyatının toxunulmazlığına dair hüquqlarını pozmağa kömək edəcəyini iddia edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır