İKT

Sürücülərə ŞAD XƏBƏR
30 SENTYABR
306

Sürücülərə ŞAD XƏBƏR

2019-09-30 15:55:00

Rusiyalı alimlər sükan arxasında yuxuya getməyə mane olan və təhlükə barədə xəbərdarlıq edən xüsusi tətbiq hazırlayıblar.

Fins.az-ın TED.az-a istinadən verdiyi məlumata görə, Drive Safely yuxu simptomları və diqqət azalmalarını ölçən kompleks sistemdir. Daim konsentrasiyaya kömək edir, yol şərtlərinə və istifadəçinin vəziyyətinə əsaslanaraq məsləhətlər verir.

Proqram Yandex Maps və ya Google Maps naviqatoru ilə paralel işləyir, mesaj və zənglərin qəbuluna mane olmur. Ön kameradan istifadə edərək, başın vəziyyəti, sürücünün gözlərinin açıqlıq dərəcəsini qiymətləndirir. Təhlükəli əlamət aşkar edildikdə isə sürücüyə xəbərdarlıq etməyə başlayır.

Tətbiqetmənin yaradıcılarının sözlərinə görə, hazırda oxşar sistem xüsusi infraqırmızı kamera üçün işlənilir. Əlavə cihazın maşına quraşdırılmasını tələb etməməsi və smartfonlardan istifadə proqramın özsünəməxsus xüsusiyyətlərindəndir.

Bundan əlavə, manevr zamanı “Drive Safely” yana baxmaq ehtiyacı haqqında istifadəçiyə xəbərdarlıq edir, avtomobilin sürət və istiqamətinin təhlilini aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır