İKT

Alibaba-da süni intellekt üçün prosessor hazırdır
30 SENTYABR
68

Alibaba-da süni intellekt üçün prosessor hazırdır

2019-09-30 09:58:00

Bundan başqa, o, artıq Alibaba xidmətləri tərəfindən istifadə olunur

Çin şirkəti Alibaba Group Holdings, özünün istehsal etdiyi Hanguang 800 prosessorunu təqdim edib. Bu maşın öyrənmə məsələləri üçün ixtisaslaşdırılmış həlldir. O, artıq Alibaba tərəfindən axtarış, avtomatik tərcümə və elektron ticarət nəhənginin veb-saytlarında fərdi tövsiyələrin verilməsi üçün istifadə olunur.

Fins.az TED.az-a xəbər verir ki, mikrosxem Alibaba tərəfindən 2017-ci ilin sonunda yaradılmış DAMO Academy-Tədqiqat İnstitutunun və yarımkeçirici məhsulla məşğul olan şirkətin T-Head bölməsinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Alibaba şirkəti 2018-ci ilin sentyabrında il ərzində süni intellekt üçün prosessor yaratmağı söz verib. Bir sözlə, internet nəhəngi sözünə əməl etdi.

Şirkət nümayəndəsinin sözlərinə görə, Alibaba, yaxın gələcəkdə çipi müstəqil kommersiya məhsulu kimi satmağı planlaşdırmır.

Alphabet və Feysbuk kimi Amerika texnoloji nəhəngləri də məlumat mərkəzlərinin məhsuldarlığını artırmaq üçün öz prosessorlarını təkmiləşdirirlər. Alibaba bu bazarın 47% - ni əhatə etməklə, Çində bulud xidmətləri təchizatçıları arasında mübahisəsiz lider olduğunu sübut edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır