İKT

Huawei yeni simsiz idman qulaqlıqları istehsal edəcək
23 SENTYABR
86

Huawei yeni simsiz idman qulaqlıqları istehsal edəcək

2019-09-23 11:05:00

Məşhur Çin markası Huawei, yeni simsiz Sport Bluetooth Headphones Lite qulaqlıqlarını istehsal etməyi planlaşdırdığını açıqlayıb.

Fins.az TED.az-a istinadən xəbər verir ki, bu qulaqlıq idmanla məşğul olanlar üçün idealdır. Modelin üstünlükləri arasında cihazı praktik olaraq qulağınızda gizlətməyə imkan verən kompakt ölçüsünü qeyd etmək lazımdır. İdmanla məşğul olan insanlar üçün, yeni simsiz qarnitur kiçik çəkiyə görə rahat olacaq.

Bir qulaqlığın kütləsi 5 qramdan çox deyil. Yenilik, həmçinin maksimum avtonomluğa nail olub, belə ki, 137 mAs qabiliyyəti olan batareya, enerji toplamadan və cihazı söndürmədən 11 saata qədər işləyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır