İKT

10 il əvvəl təsəvvür belə etmədiyimiz yeni texnoloji kəşflər
20 SENTYABR
792

10 il əvvəl təsəvvür belə etmədiyimiz yeni texnoloji kəşflər

2019-09-20 17:32:00

Zaman inanılmaz sürətlə keçir. Buna səbəb olaraq texnologiyanın bizi işıq sürətinə çatdırdığını da göstərə bilərik.

İllər əvvəl xəyal belə edə bilməyəcəyimiz şeylər indi ovucumuzun içində bizə yeniliklər təqdim edir. Bu yeniliklərdə əməyi olan bütün təşəbbüskarlar teknologiyanı ilk sıraya qoyduqları üçün həyat hər keçən gün daha da asanlaşır.

Bu yazıda Sizə 10 il əvvəl təsəvvür belə etmədiyimiz 10 yeni texnoloji kəşf haqqında məlumat veriləcək.

1. Sürətlə qaçan heyvanların axilles vətərlərini örnək götürərək 40 km/saat sürətlənməyə imkan yaradan bionik çəkmələr

Ayaqlarımızın yerdən çəkilməsinə ehtiyac qalmadı. Yaradıcılar bu cihaz üzərində hələ də işləyirlər və hədəfləri sürəti 60 km/saat-a çatdırmaqdır.

2. Hələ qapı tutacaqlarını açma, əşyaları daşıma və avtomatik dayana bilmə xüsusiyyətinə öyrəşmədən, hətta tərsinə çevrilmə ilə robot dövrünə girdiyimizə dair ən böyük siqnalı verən “Atlas Robot”

Yerə düşərkən hansısa bir dəstəyə ehtiyacı olmadan qalxması belə yetəri qədər təəccübləndirici idi.

3. Görmə əngəlli insanların küçədə daha rahat gəzə bilməsini təmin edən ağıllı əl ağacı – “WeWalk”

İnkişaf edən texnologiya sayəsində görmə qabiliyyəti zəif olan insanlar da hər kəs kimi küçəyə çıxa və heç bir yardım olmadan hərəkət edə bilərlər. “WeWalk”ın ağıllı texnologiyası ilə əl ağacını telefona qoşmaq və əngəl qavrama sistemi sayəsində qarşıya çıxan əngəllərə ilişmədən hərəkət etmək mümkündür.

4. Barmağınızı basdığınız anda zəng etməkdən tutmuş, naviqatorunuz ola biləcək qədər təkmilləşdirilmiş ağıllı üzüklər – “Smart Rings”

Geyinilə bilən texnologiyanın sürətinə çatmaq mümkün deyil. Hələ saatların ağıllı olmasına yenicə alışmamışkən, bu ağıllı üzüklər də həyatımıza girdi. Bir çox texnologiya nəhənginin yaxın zamanda istiqamətlərini bu yönə doğru çevirəcəkləri danışılır.

 

5. “Qeyd dəftərçəm o qədər ağıllı olsun ki, yazdıqlarımı tək səfərdə silə bilim, üstəlik, yazıları da telefonuma köçürüm” deyənlər üçün “Outliers” ağıllı qeyd dəftəri

Böyük bir həvəslə aldığınız qeyd dəftərinizin vərəqləri dolduğu zaman əvvəlkinin eynisini tapmaq elə də asan deyil. “Outliers” ağıllı qeyd dəftərinə yazdığınız hər şeyi mikrodalğada silmək mümkündür. Bəli, mikrodalğada.

6. Boğazımızdakı əzələləri rahatlaşdıran və xorultu səsini tanıyan sensorlar sayəsində beynimizə titrəyişlər göndərərək xoruldamağı dayandıran ağıllı eynəklər

Hava kanalları açıldığı zaman xoruldama dayandırılır və həm sizin, həm də birlikdə yatdığınız insanın yuxusuzluğu sona çatır.

7. Dronlarla maraqlanan, lakin sahibi ola bilməyən hər kəsin asanlıqla daşıyıb, istifadə edə biləcəyi “Ape X” qurğusu

Bazardakı dronlarla müqayisə ediləcək qədər mükəmməl deyil, lakin özündən böyüklərin edəcəyi hər şeyi bacarır və istifadəsi də çox rahatdır.

8. Sağlamlığınızı qolunuzun içindən səssizcə izləyə bilən döymə

Bu mürəkkəb, siz hiss etməsəniz belə, bədəninizdə gedən prosesləri rəng dəyişdirərək bildirir. Əgər qan şəkərinizin səviyyəsində qəfil dalğalanmalar varsa, döymə rəngini dəyişdirərək size xəbərdar edir.

 

9. Tikinti və istehsal sektorlarında işləyənlərin təhlükəsizliyini artırmaq məqsədi ilə hazırlanmış; zərbə, istilik, yanğın və elektrikə dayanıqlı zireh əlcəklər

Əllərin böyük önəm daşıdığı sahələrdə əməyin mühafizəsi üçün böyük bir əhəmiyyətə sahib olan bu əlcəklərin ölkəmizdə satışa çıxarılacağı məlum deyil, ancaq ABŞ-da 45 dollara satılacaq.

10. Evinizdə həmişə həkim olmasını istərdiniz? Məhz bunun üçün dizaynı və proqramı üzərində işlənən ev köməkçisi – “Mabu”

“Mabu” gün ərzində sizinlə söhbət edir və səsinizdən, qan təzyiqinizdən və ya bədən istiliyinizdən analizlər çıxarır. Xəstəliklərinizə həll yolları təklif edir və ya analizi dərhal həkimə yönləndirir. Üstəlik, dərman saatlarınızı da sizə xatırladır.

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır