İKT

Nə üçün Azərbaycanda Apple Store satış nöqtələri fəaliyyət göstərmir? – AÇIQLAMA
17 SENTYABR
131

Nə üçün Azərbaycanda Apple Store satış nöqtələri fəaliyyət göstərmir? – AÇIQLAMA

2019-09-17 10:14:00

“Apple Store satış nöqtələri əhalinin sayına görə daha böyük ölkələrdə fəaliyyət göstərir və bununla yanaşı, məhsulların rəsmi olaraq aktivasiyasına görə tənzimlənir. Apple Store-ların olmadığı ölkələrdə isə satış hüququ Apple tərəfindən rəsmi olaraq Apple Premium Reseller statuslu mağazalara verilir”.

Fins.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında Alma Store-un Marketinq meneceri İlahə Əliyeva deyib.

“Apple Premium Reseller firma mağazasıdır. Qeyd etmək istərdik ki, bu status Apple tərəfindən ticarət franşizası ilə bütün dünya standartlarına uyğun olan partnyor pərakəndə mağazalarına verilir. Mağazaların dizaynı, qiymətləri, xidmətləri və mal çeşidi Apple Avropa tərəfindən təyin edilir”, - deyə İ.Əliyeva qeyd edib.

Marketinq meneceri bildirib ki, Apple-ın saytında Azərbaycanda rəsmi satışları həyata keçirən satış nöqtələri qeyd edilib: “SİYAHI-da Alma Store salonları yeganə Premium Reseller statusuna malik satış nöqtələridir”. 

"Alma Store ASBC MMC şirkətinin qeydə alınmış ticarət nişanıdır. Apple Store isə Apple Inc.-ın qeydə alınmış ticarət nişanıdır. Apple Store mağazaları Apple şirkətinin özünə aiddir. Authorized Reseller Apple-da rəsmi olaraq qeydə alınmış mağazadır. Apple Premium Reseller Apple statusuna və tələblərinə uyğun olan Apple mağazalara verilir. Dizayn və standartlar Apple studiyası tərəfindən işlənir və şirkətin bütün tələblərinə uyğun olmalıdır. Bu, pərakəndə mağazalar üçün ən yüksək partnyor statusudur”, – deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır