İKT

Adobe-dan süni zəkalı video tənzimləmə tətbiqi
17 SENTYABR
74

Adobe-dan süni zəkalı video tənzimləmə tətbiqi

2019-09-17 09:34:00

Dövrümüzü “Texnologiyanın sürətli inkişaf çağı” adlandırsalar da, video “kəsim-biçimi” mövzularında bir qədər geri qalırdıq. Xüsusilə də, ekran keyfiyyətinin hər cihazda dəyişik olması istehsalçıları bu barədə düşünməyə vadar etdi. 

Fins.az-ın verdiyi məlumata əsasən, “Auto Frame” adlı Adobe Süni İntellekt plagini, videoların asan və xüsusi bir şəkildə kəsilməsinə kömək olacaq.

Adobe-un bu tətbiqi videonun hissələrini istədyiniz ekrana uyğunlaşdıraraq kəsir. “Auto Frame” fokus nöqtəsinə görə çəkilən videoların ölçüsünü ekranın qalan hissəsindən kəsərək tənzimləyir.

Süni intellekt tətbiqetmələri istifadə üçün yaxşı bir əsas tələb etsə də,  Adobe Plug istifadəçilərinin işini asanlaşdırmaq üçün bu mövzuda çox səy göstərir. Hətta bu tətbiqdə süni zəka robotunun işini bəyənmədiyiniz təqdirdə özünüz də dəyişiklik edə bilərsiniz.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır