İKT

Feysbukdan yeni funksiya – İstifadəçilər sosial şəbəkələrdəki fotolarda üzlərinin tanınmasını qadağan edə biləcəklər
06 SENTYABR
74

Feysbukdan yeni funksiya – İstifadəçilər sosial şəbəkələrdəki fotolarda üzlərinin tanınmasını qadağan edə biləcəklər

2019-09-06 14:39:00

Feysbuk istifadəçiləri sosial şəbəkələrdəki fotolarda üzlərinin tanınmasını qadağan edə biləcəklər.

Fins.az xəbər verir ki, Feysbuk rəhbərliyi bütün istifadəçilərin sosial şəbəkədəki şəkillərində üz tanıma texnologiyasından istifadəsini qadağan edə biləcək funksiyanı təqdim etməyi planlaşdırır.

Yeni istifadəçilər üçün bu funksiya əvvəldən qoşulu olmayacaq, yenilik yalnız istifadəçi tərəfindən işə salına biləcək.

Feysbuk bəzi hesablar üçün bu xüsusiyyətin 2017-ci ilin sonundan etibarən mövcud olduğunu açıqlayıb. Sentyabrın 10-dan etibarən bu funksiyadan hər kəs istifadə edə biləcək.

Bundan əlavə, istifadəçilərin üzlərinin tanınması ilə əlaqədar digər parametrlərin də mövcud olacağı bildirilir. Bunlardan ən maraqlısı ələ keçən fotoşəkillərlə bağlıdır: başqasının fotoşəkilini özününkü kimi təqdim edənlər haqqında avtomatik olaraq bildiriş göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır